|
Ayrılıq belə düşdü
71
Əli getməmişdən hərbi orduya,
Gəlin gəlmiş idi evə Sumaya.
Xeyir duasıyla ağsaqqalların,
Kəbini kəsilmiş bu cavanların.
Axı Sübə, Sənəm getmişdi ərə,
Əl ata bilmirdi Maquş işlərə.
Hələ kiçik idi bu son beşik qız,
Hər işə Reyhan baxırdı yalnız.
Ev işi, çöl işi, mal-qoyun sağmaq,
Təndirə od vurmaq, xamır yoğurmaq.
Daha nələr-nələr... O görməliydi,
İçməyi, yeməyi bişirməliydi.
Kotana gedirdi Məsim, Köçəri,
Yola salmalıydı o körpələri.
Ancaq bir köməkçi gəlin olardı,
İşlərə dərindən nəzər salardı.
Qoçaq gəlin kimi evdə Sumaya,
Yetirdi hər zaman haya-haraya.
Qoymurdu təntiyə Reyhan arvadı,
Çalışırdı görə özü hər zadı.
|
|
|