|
Ayrılıq belə düşdü
75
Əli nümunədi deyilənlərə,
Deyərdi hamıya bəlkə yüz kərə:
Əvvəl qiymət verin öz-özünüzə,
Özgələr pis gözlə baxmasın sizə.
Hər nə işiniz var özünüz görün,
Özgəyə söz deyib nə zəhmət verin.
Qalmasın boynunda özgə minnəti,
Tökməyin ortaya yersiz söhbəti.
Yoxdursa kimsənin təəssübkeşliyi,
Çoxdur qafasında onun səyliyi.
Özün saxlamasan öz təsivini,
Sabah bürüyəcək tənə evini.
Sən öz qardaşına durmasan arxa,
Özün yıxılacan bir dərin arxa.
Sən hörmət etməsən öz adamına,
Hörmət bəslənilməz sənin adına.
Qulluğunda dursun cavan qocanın,
Varsa bir xəstəsi kəsdirsin yanın.
Bu idi Əlinin verdiyi təlim,
Hamıya məsləhət gördüyü təlim.
|
|
|