Ayrılıq belə düşdü
77
X
NİFTALIDAN ÇAĞIRIŞ GƏLİR
Bir səyyaham, yuvasından, yurdundan,
Perik düşən ellərimi gəzirəm.
Könlümü oxşayan, qəlbimi alan,
Şirin-şəkər dillərimi gəzirəm.
Bir əl ordan, bir əl burdan gəl deyir,
Bir el ordan, bir el burdan gəl deyir.
Bir çöl ordan, bir çöl burdan gəl deyir,
Mən nərgizli çöllərimi gəzirəm.
Qayaları xınalanan, gül açan,
Gözəlləri xınasına əl açan.
Zirvələrdən dərələrə yol açan,
Daşqınımı, sellərimi gəzirəm.
Nə zamandı ah-aman, ün tapmışam,
Dostları ilə paylaş: |