Sərraf Şiruyə
76
Bu amal, əməlnən yaşamışdı o,
Dost, qohum yükünü daşımışdı o.
Eldən aralansa təklənər, itər,
İgid arxalansa elə, güclənər.
Ümman parçalansa ada deyərlər,
Sızqa qarışarsa selə, güclənər.
Təkliyin hünəri xəyaldı, qardaş,
El-mahal birliyi vüsaldı qardaş.
“Tək əldən səs çıxmaz” misaldı, qardaş,
Əl kömək durarsa ələ, güclənər.
Əzizim, qalmayıb dünya heç kəsə,
Yaradıb, qurmağa insan tələsə.
Sözünü sözə qoş, səsini səsə,
Dil kömək durarsa dilə, güclənər.
|