Ayrılıq belə düşdü
73
IX
RZA QOCA, RZALLI
Ulu kök törənib Rza Qocadan,
Bu gün də səslənir adı ucadan.
Adı çəkiləndə
rəhmət deyilir,
Hörmət kimi baş sinəyə əyilir.
Rza Alı o Qocadan törənib,
Sulduzdan Sədərək elinə gəlib.
Çox səfalət olub o vaxt İranda,
Xəstəlik yayılıb bütün hər yanda.
Ona görə qaçıb ordan çoxları,
Bura gətiribdir gərdiş bunları.
Burdan da Göyçəyə gəlib çıxıblar,
Əvvəl Toğlucada məskən salıblar.
Sonradan Daşkənddə məskunlaşıblar,
Kök atıb bu eldə aşıb-daşıblar.
Qalıb İmişlidə nəslin bir qolu,
Onlar da gedibdi biz gedən yolu.
“Hacı Söydümallar” adıyla onlar,
Qədim Mil düzündə yuva salıblar.