|
Ayrılıq belə düşdü
81
Bir kövrək hiss keçir hər an könlündən,
Bir xoş qoxu gələ kaş ki, vətəndən.
Qürbətin baharı nəyimə gərək,
Vətənin qışına yetirin məni.
Ovutmaz könlümü yad elin gülü,
Vətənin daşına yetirin məni.
Cənnət olsa əgər qoynu dünyanın,
Əsiriyəm öz yurdumun, binamın.
Yolumu gözləyən qoca anamın,
Gözünün yaşına yetirin məni.
Onu xəyal köhləni gətirdi doğma elə,
Topalandı başına ilkin dost, qohum hələ.
Qaçaraq atasının o boynuna sarıldı,
Gec gələn bacıların sanki bağrı yarıldı.
Sonra isə Niftalı ana qoynuna qaçdı,
Ananın saçlarında barmaqları dolaşdı.
Ana! Ana! can ana! – deyə səsi kövrəldi,
İndi isə görüşə bir-bir qardaşlar gəldi.
Bu Əli, bu Köçəri, bax bu da kiçik qardaş,
Gözləri uzaqlara dikildi yavaş-yavaş.
|
|
|