|
Ayrılıq belə düşdü
83
XI
ƏLİ YÜKSƏLİŞ YOLLARINDA
Yumşaldı Sovetin sərt qanunları,
Aradan qaldırdı bəd oyunları.
Düşmən tərəfindən olan əsirlər,
Həbsə alınırdı bir neçə illər.
Arxaya dəyirdi onun xətası,
Əzablar çəkirdi ata, anası.
Bunlar Stalinin sərt qanunuydu,
Aydınlıq verməyən bir oyunuydu.
Elə ki, Xruşşov bax gəldi rəhbər,
1
Tənqidə tutuldu bütün bu işlər.
“Şəxsiyyətə pərəstiş”tək sayıldı,
Mərkəzi komitə təzdən ayıldı.
Bəraət qazanıb əsir üzgünlər,
Azadlığa çıxdı bütün sürgünlər.
Senzuradan keçmiş bütün məktublar,
Hansı bir ünvana yollansa olar.
Türkiyə NATO-nun üzvi dövlətdi
2
Gedişi Sovetlə zidd siyasətdi.
1
1953-cü ildə Nikita Xruşşov Sov.İKP MK-nın baş katibi seçilmişdir.
2
18 fevral 1952-ci ildən Türkiyə NATO-nun üzvüdür.
|
|
|