|
Sərraf Şiruyə
86
Əvvəl təmizlətdi aralıqları,
Əkinə gətirdi boş torpaqlıqları.
Bulaq sularını yığdı bir yerə,
Ordan su payladı bütün evlərə.
Artdı fermalarda birə-beş sürət,
Ət, süd planları doldu nəhayət.
Bir deputat kimi Ali Sovetə,
Müslüm elçi oldu bu əyalətə.
Bax bu da Əlinin qələbəsiydi,
Qələbinin yüksək təntənəsiydi.
– Bax budur, meydana toplaşıb hamı,
Burda keçirilir “Məhsul bayramı”.
Tədarük olunub taxıl, ot, saman,
Ət, süd tapşırığı bütün hər plan.
Kolxoza verilib keçici bayraq,
Gəlibdi hər yandan məclisə qonaq.
Dağlardan qayıdır zurnanın səsi,
Elin oynamağa gəlir həvəsi.
Alıbdı döşünə Hacı sazını,
Dinləyək sözünü, xoş avazını.
|
|
|