Ayrılıq belə düşdü
95
Əliyar dedi dünən səni gətirən,
Bizim el-obaya ay dost, yetirən.
Əzizin qızıdır, adı Lenadır,
O da anasına oxşar sonadır.
İlham utansa da bu tez sorğudan,
Qeyri bir hiss tapdı ürək ağrıdan.
Bu ilk sevgi idi, məhəbbət idi,
İlk eşqin ətəşi müsibət idi.
Şair də bu haqda yaxşı deyibdi,
O da bu əzabda çox göynəyibdi.
İlk eşqin həsrəti, ilk eşqin dağı,
Sevən ürəklərdə xal kimi qalır.
Dönür xatirəyə ilk görüş günü,
İlk öpüş dodaqda bal kimi qalır.
Bəlkə də bu eşqi duymur hər könül,
Tez incisə, tez barışar kür könül.
Eşqin gücünə bax, dolu bir könül,
Dostları ilə paylaş: |