|
Sərraf Şiruyə
68
VIII
ƏLİ ALİ TƏHSİL ALIR
Götür-qoy eylədi Əli hər şeyi,
Bəzən kimlərinsə xəlvət gileyi.
Çatırdı Əlinin qulaqlarına,
Neçə nadürüstlər dodaqlarına.
Alırdı həmişə ali təhsili,
Bax belə ötürdü onların dili.
Əlinin təhsili ortadır hələ,
Sonacan işləyə o bilməz belə.
Ya sovet sədiri, ya da təşkilat,
Silib atacaqdı onu bu həyat.
Bundan dərs götürdü Əli özünə,
Güc verdi gecələr indi gözünə.
Oxudu lazımlı dərslikləri o,
Topladı başına bilikləri o.
Girdi instituta Özbəkistanda,
Beş il təhsil aldı o bu məkanda.
Qiyabi qurtardı aqronomiyanı,
Özünə dost tutdu neçə insanı.
|
|
|