|
Sərraf Şiruyə
64
Bu idi Daşkəndin bax yaşıllığı,
Bu oldu Əlinin bax fəallığı.
Əli ayrılmışdı ata yurdundan,
Köz də aparmışdı onun odundan.
Kənddə ən ucqarda ev də tikmişdi,
Bibisi Simini o gətirmişdi.
Ona da hazır ev almışdı Əli,
Yanında da qonşu olmuşdu Əli.
Əli zəhmətsevər bir kişi idi,
Zəhmətə bağlanmaq vərdişi idi.
Hər zəhmətdən xoş nəticə almışdı,
Arıçılığa da meylin salmışdı.
Vəzifə, rütbə öz yerindədi,
Təşkilat katibi rütbəsindədi.
Kolxozda nüfuzlu bir şəxsiyyətdi,
Bir müdir, təşkilat bir də heyətdi.
Təşkilat işinin o fəalıydı,
Rayon işçiləri bundan halıydı.
Rəğbət bəslənirdi ona həmişə,
Layiq bilinirdi ən məsul işə.
|
|
|