Sərraf şİruyə



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə36/174
tarix30.12.2021
ölçüsü2,79 Mb.
#18631
1   ...   32   33   34   35   36   37   38   39   ...   174
Sərraf Şiruyə             
                           
                          
 
 
60 
 
Ürəyi partlardı Hacı Balının, 
Görsəydi, talançı bax bu dəmləri. 
İşi müşgüldəydi Böyük Alının, 
Artırdı qəm üstdən gündə qəmləri. 
 
Həmən Qara Əziz, atası Xəlil, 
Zeynəbin arxası, dərs verəniydi. 
Zeynəb bəd fikirə düşəndə qəfil, 
Ona sabahını göstərəniydi. 
 
Aranı qataraq hətta bir dəfə
Əzizi döymüşlər komsomolçular. 
Böhtanları dəyməmişdi hədəfə, 
İfşa olunmuşdu bu soyğunçular. 
 
Atdan düşürmüşlər Seyid Bayramı, 
Başçıl özümüzdən, özgə neçəsi. 
Onda Əziz ilə bütün el hamı, 
Almış aralıqdan bu bəd həvəsi. 
 
Canını tapşırıb indi o Əziz, 
Hamı əzizi tək onu ağlayır. 
Həyatda qalıbdır saldığı hər iz, 
Siminin naləsi ürək dağlayır. 
 
Dərdi dağ saldı getdi, 
Gözə ağ saldı getdi. 
Qardaşım könüllərdə – 
Şirin bağ saldı getdi. 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin