Ayrılıq belə düşdü
57
Süsən, novruzgülü, lilpar, bənövşə,
Elə qonaq gələr ilkin həmişə.
Sonra lalə, nərgiz, qaymaqçiçəyi,
Bütün çiçəklərin gözəl göyçəyi.
Səpir ətirini tamam dörd yana,
Az qalır ki, ölülər də oyana.
Belə bir gündüzün axşam çağında,
Əziz vəfat etdi öz yatağında.
Son anda üzünü tutmuş Reyhana:
Hardadı gətirin o son nişana.
Reyhan gəlinə
etdi işarə,
Niftalının məktubunu gətirə.
Sumaya bu evə gəlin gəlmişdi,
O Əlini, Əli onu sevmişdi.
Oxucum, bu haqda
açacam söhbət,
Zərrəcə sıxmasın səni bu möhnət.
Əziz görən kimi üçkünc məktubu,
Dedi intizarım elə budu, bu!
Beləcə canını Əziz tapşırdı,
Arzu, istəyinə bir kilid vurdu.