Sərraf şİruyə



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə31/174
tarix30.12.2021
ölçüsü2,79 Mb.
#18631
1   ...   27   28   29   30   31   32   33   34   ...   174
Sərraf Şiruyə             
                           
                          
 
 
54 
Hərbi gedişləri öyrənirdilər, 
Əsgəri borcuna and içirdilər. 
 
Ey vətən, müsəlləh əsgərinəm mən
Ən ağır səfərə mən getməliyəm! 
Məni böyütmüsən bir igid kimi
Döyüşə, səngərə mən getməliyəm! 
 
Yağı yuvasını yandırmaq üçün, 
Düşmən həmləsini sındırmaq üçün, 
Sənin bayrağını qaldırmaq üçün, 
Hər səmtə, hər yerə mən getməliyəm! 
 
Qoy qanım yolunda tökülsün yerə, 
Qovuşum müqəddəs o şəhidlərə. 
Ey vətən, səninlə xoş müjdələrə
Hər aydın səhərə mən getməliyəm! 
 
Bir azca təsəlli tapmışdı ata, 
Ümidlə baxırdı indi həyata. 
 
Eldən eşitdikcə Əlinin adın, 
Başını dikəldib Reyhan qadın. 
 
Şükürlər edirdi uca Tanrıya, 
Bir xoş xəbəri də qat bu haraya. 
 
Niftalı da gəlsin, qəlblər sevinsin, 
Qurbanlar kəsilsin, aşıqlar dinsin. 
 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin