Ayrılıq belə düşdü
53
Hərbi müəllim getsin doğma məktəbə,
Müəllimlik yaraşır ancaq bu təbə.
Daşkənd məktəbində o, müəllim oldu,
Onu alqışlayan çox elim oldu.
Sarıyaqub, Şorcalar, həm Qoşabulaq,
Qayabaşından da gələn çox uşaq.
Daşkənd orta
məktəbinə gələrdi,
Bu məktəbi hamı məbəd bilərdi.
Ələkbər Həsənli, Mirkəbir, Mədət,
Tapdıq, Tanrıverdi, Səmədov Səməd.
Çox yüksək savada
elmə maliklər,
Namaz, Səfxan kimi kamil müəllimlər.
Bu orta məktəbdə dərs aparırdı,
Şagirdlər onlardan təlim alırdı.
Onlardan çox kiçik olsa da Əli,
İşindən çox güclü tutmuşdu əli.
Böyük alqışlarla keçdi ilk dərsi,
Şagirdlərdə o yaratdı həvəsi.
Stalinin heykəlinin önündə,
“Qalib marşı” hər əsgərin dilində.