172
Stress. Stress (ing. “
stress” – təzyiq, gərginlik) anlayışı
Kanada alimi Hans Selye tərəfindən irəli sürülmüşdür.
O, stressi hər hansı qeyri-əlverişli amilin təsirinə qarşı
orqanizmdə yaranan müdafiə refleksləri kimi müəyyən
etmişdir. Stress – güclü qıcıqların təsirindən insanda yaranan gərginlik vəziyyətidir
və bu gərginlik daha çox emosional qıcıqlara qarşı yaranır. İnsanın psixikasına edilən
istənilən təsir cavab stressi yaradır, yəni stress orqanizmin qıcıqlandırıcı amillərə
qarşı cavabıdır. Bu zaman orqanizmdə müəyyən fizioloji dəyişikliklər baş verir.
Dostları ilə paylaş: