Stress yaradan amillər. Həyatda baş verən dəyişikliklər, emosional münaqişə-
lər, qorxu, yorğunluq, fiziki zədələnmələr, havanın temperaturunun kəskin dəyiş-
məsi, səs-küy, xəstəliklər və s. stress yaradan amillərdir. Bu amillərə qarşı cavab
insanın fiziki və psixoloji vəziyyətindən, həmçinin onun bu qıcıqlara hazırlıq dərə-
cəsindən asılıdır. Emosional streslər həyat ritminin kəskin dəyişməsindən və müna-
qişələrdən yaranır. İnsanda intensivliyinə görə oxşar streslər həm ciddi təhlükədən,
həm də yaradıcı müvəffəqiyyətdən baş verə bilər.