173
• VII fəsil •
İnsan sağlamlığına ətraf mühitin
təsiri
•
7
Qıcığa qarşı müqavimət göstərilməsi mərhələsində orqanizm müqavimət göstə-
rir və nəticədə bilavasitə baş verən təhlükə zəifləyir. Bu zaman streslərin təsirini dəf
etmək üçün yüksək dərəcədə uyğunlaşma qabiliyyəti əldə edilir.
Orqanizmin zəifləməsi mərhələsində orqanizmin stressə qarşı müqaviməti azalır.
Proses stress
uzun müddət davam etdikdə baş verir. Bu mərhələdə əsəbilik, aydın
olmayan həyəcan, tezyorulma, qıcıqlılıq, ruh düşkünlüyü, yuxusuzluq, başağrısı və bu
kimi hallar müşahidə edilir. Lakin streslər heç də həmişə orqanizmə ziyan vurmur.
Məsələn, orta dərəcəli streslər orqanizmin daha effektiv fəaliyyətini təmin edir və
insan bədənini zəiflətmədən lazım olan məqsədə çatır. Zərərli streslər orqanizmin mü-
qavimətini zəiflədir, əhvalını pisləşdirir və xəstəliklərin inkişafına səbəb olur. Əgər
orqanizmin dəyişən funksiyası öz əvvəlki səviyyəsinə tez qayıdırsa, stress hətta faydalı
olur. Faydalı streslər orqanizmin imkanlarını səfərbər edir, onun müxtəlif xəstəliklərə
qarşı müqavimətini və mühitin dəyişən vəziyyətinə uyğunlaşmasını artırır.
Dostları ilə paylaş: