Stressin mərhələləri. Güclü stressin sağlamlığa təsiri. Stressin 3 mərhələsini
ayırırlar: orqanizmin səfərbər edilməsi (həyəcan mərhələsi), qıcığa qarşı
müqavimət
göstərilməsi (uyğunlaşma mərhələsi) və orqanizmin zəifləməsi (zəifləmə mərhələsi ). Orqanizmin səfərbər edilməsi mərhələsində insanda ürək döyüntüsü sürətlənir,
qan təzyiqi yüksəlir, qanda adrenalinin miqdarı artır, əzələlərə çoxlu qan gəlir, həzm
prosesi zəifləyir. İnsan fövqəladə vəziyyətlərdə öz həyat və sağlamlığını xilas et-
məyə hazır olur.Nəticədə stress amilinin təsirinə qarşı həyəcan yaranır. Bu reaksiya
orqanizmı müdafiəyə səfərbər edir.
• Statistik məlumatlara görə, ABŞ (bu ölkə ilk dəfə stress problemini
müəyyən etmişdir) əhalisi arasında 90%-i güclü stress keçirir. Onların
60%-i həftədə 1–2 dəfə, 30%-i isə hər gün stress vəziyyətinə düşür.