müdafiə sisteminə malik olan Dərbənd şəhərinin yanından keçdilər və Şimali
Qafqaz düzənliyinə çıxdılar. 1223-cü ildə ruslan əzdilər və bulqar türklərindən
yaxşı bir zərbə alıb vətənlərinə geri döndülər. Birinci yürüş kəşfiyyat xarakteri
daşısa da, Azərbaycanda kənd təsərrüfatına, sənətkarlığa, ticarətə, şəhər
həyatına, bütövlükdə iqtisadiyyata və mədəniyyətə böyük ziyan vurdu və
ölkəmizin müdafiə gücünü daha da zəiflətdi.
Owcaalann, sürculərin hücumları və Azərbaycanda Xarəzmsah
Cəlaləddinin hakimiyyəti,
İqtisadi və siyasi qüdrətini itirmiş Eldənizlər artıq hər
hansı bir düşmənə müqavimət göstərmək iqtidarında deyildilər. Bundan istifadə
edən qıpçaqlar 1223-cü ildə Dərbənddən keçərək Azərbaycana soxulub Şirvan
bölgəsini qarət etdilər. Hiylə yolu ilə Gəncəyə girib əhalini soyub taladılar.
Eldənizlərdən əlini üzmüş Azərbaycan əhalisi birləşərək qıpçaqları
Azərbaycandan qovdular. Ölkəmizin düşdüyü ağır vəziyyətdən bəhrələnən
gürcülər də 1225-ci ildə torpağımıza soxulub, əhalimizə divan tutdular.
1225-ci ildə Vətənimiz daha bir fəlakət ilə üzləşdi. Monqollann
yürüşünə tab gətirməyən Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin öz ölkəsini
monqollara buraxıb Azərbaycana gəldi. İbn əl-Əsirin sözləri ilə deyilsə,
Azərbaycan və Aran kimi dünyanın ən zəngin torpaqlan ixtiyannda olsa da,
“ölkəsini müdafiə etməkdə Allahın yaratdıqlarından ən acizi və bacarıqsızı
olan” Atabəy Özbək Cəlaləddinin yürüşü qarşısında Təbrizdən Gəncəyə, sonra
Əlincə qalasına qaçdı və orada da öldü. Nəticədə 1225-ci ildə Azərbaycanda
Eldənizlər sülaləsinin hakimiyyətinə son qoyuldu. Cəlaləddin əvvəlcə Marağa
şəhərini tutdu. Təbriz şəhərinin əhalisi yeddi gün qəhrəmanlıqla vuruşsa da,
1225-ci ilin iyulun 25-də Cəlaləddin şəhəri ələ keçirtdi. Təbrizdən sonra
Cəlaləddin Dvində 60 minlik qüvvə toplayaraq Arana soxulmağa çalışan
gürcülərə ağır zərbə vurdu. Gürcülər 20 min döyüşçü itirdilər. Bunun ardınca
Cəlaləddinin hərbi qüvvələri Gəncə, Beyləqan və Şəmkiri ələ keçirib Tiflisə
daxil oldular. Şirvanşahlar ildə 100 min dinar xərac vermək şərti ilə
Cəlaləddindən vassal asılılığını qəbul etdilər. Yaxşı sərkərdə, amansız hökmdar
və pis idarəçi olan Cəlaləddin Azərbaycanda abadlıq işləri aparacağı haqda
vədini yerinə yetirmədi, əksinə Azərbaycanda və ona qonşu ölkələrdə xalqı
soyub talamağa yönəlmiş vergi sistemi yaratdı. Açıq qarət siyasətindən bezmiş
Təbriz əhalisi ayağa qalxıb üsyan qaldırdı. Bütün Azərbaycam Cəlaləddinə
qarşı xalq hərəkatı bürüdü. 1231-ci ildə Gəncə üsyanı bu hərəkatın zirvəsi oldu.
Cəlaləddin çox böyük çətinliklə olsa da, üsyanı yatırdı. Üsyanın başçısı usta
Bəndər ələ keçirilərək amansızlıqla tikə - tikə doğrandı.
Cəlaləddinin Azərbaycandakı hərbi-siyasi fəaliyyətinin yeganə müsbət
cəhəti Azərbaycanı və Şərqi Anadoludakı türk müsəlman əhalisini hədəfə alan
və böyük qətliamlara səbəb olan gürcü təhlükəsini ortadan qaldırması hesab
edilə bilər. Cəlaləddin gürcülərin əsas hərbi qüvvəsi olan 50 minlik qıpçaq
birliyini öz himayəsinə aldı və nəticədə gürcülər bütün gücünü itir-
Dostları ilə paylaş: