Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə63/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   59   60   61   62   63   64   65   66   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

97 


dilər. 
Buna baxmayaraq özünü monqollann banşmaz düşməni kimi göstərən 
Cəlaləddin bölgədə olan hərbi - siyasi qüvvələri monqollara qarşı birləşdirmək 
əvəzinə, onlan daha da zəiflətdi. Bunun nəticəsində bölgədə monqolların ikinci 
yürüşünün qarşısını ala biləcək hər hansı bir güc qalmadı. 
Monqollann ikinci yürüsü və Azərbaycanın işğalı,
1231-ci ildə monqol 
qoşunlan Çormoğon noyonun başçılığı ilə Azərbaycana soxuldular. Əhalinin 
ciddi müqavimətinə baxmayaraq 
Marağa 
şəhəri ələ keçirildi, 
Təbriz 
isə 
mühasirəyə alındı. Təbrizin əyanları qiymətli hədiyyələr verərək şəhəri talandan 
və qırğından xilas etdilər, ancaq bir çox adlı-sanlı sənətkarlar Monqolustanın 
paytaxtı Qaraqoruma aparıldı. 1235-ci ildə monqollar 
Gən
cədə ciddi 
müqavimətlə qarşılaşdılar. Monqollann Gəncə yürüşünü gözləri ilə görmüş 
tarixçi Gəncəli Kirakos yazırdı ki, monqollar şəhəri almaq üçün qalaları daş atıb 
dağıdan qurğulardan istifadə edirdilər. Nəticədə bütün şəhər divarlan uçuruldu. 
Buna baxmayaraq düşmən bir həftə şəhərə girməyə cəsarət etmədi. 
Əhalinin 
bir hissəsi şəhərin düşmənin əlinə keçdiyini gördükdə, qapılarını bağlayıb 
arvadı və uşaqları ilə birlikdə evlərini yandırdılar ki, onlar düşmənin əlinə 
keçməsin. 
Əhalidən bir kimsə canım qurtara bilmədi. Düşmən qılıncını işə salıb 
şəhərdə böyük bir qətliam törətdi. Monqol döyüşçüləri uzun müddət yanıb - 
dağılmış evlərin külündə eşələnərək, qızıl - gümüş axtardılar. Sonra cəhənnəm 
olub getdilər. Gəncə şəhəri dörd il adamsız və dağılmış vəziyyətdə qaldı. Yalnız 
1239-cu ildə şəhərin yenidən qurulması haqqında fərman verildi. Gəncədən 
sonra 
Şəmkir, Tovuz, 
Bakı uğrunda qanlı döyüşlər getdi. Ancaq bu şəhərlər də 
düşmənin əlinə keçdi. 1239-cu ildə 
Dərbənd 
şəhərinin tutulması ilə 
Azərbaycanın monqollar tərəfindən işğalı başa çatdı. 
1239-cu ildən 1256-cı ilə qədər Azərbaycan Ali Monqol xaqammn 
təyin etdiyi canişinlər tərəfindən idarə olunurdu. Monqollar tutduqlan ərazilərdə 
yerli dövlətçilik sistemlərini məhv etmişdilər. Monqol basqınlarından ağır 
zərbələr alan 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin