XI
- XII yüzilliklərdə təbabət sahəsində məşhur olan
Kafiəddin Ömər
Osman oğlu
Şamaxının Məlhəm kəndində
Tibb mədrəsəsi və müali-
cəxana
açaraq insanlara xidmət etmiş və çoxlu təbib yetişdirmişdir. Kafiəddin Ömər
Osmanoğlu
(dahi şairimiz Xaqaninin əmisi idi - Red.)
1080-ci ildə Şamaxı
şəhərində anadan olmuşdur. O, ensiklopedik biliyə malik olan həkim-cərrah,
əczaçı və istedadlı musiqiçi idi. Şirvanşah II Mənüçöhrün hakimiyyəti dövründə
Şamaxı yaxınlığındakı Məlhəm kəndində tibb mədrəsəsi və Azərbaycan
tarixində ilk dəfə stasionar müalicə müəssisəsi - müalicəxana açmışdı. Ətraf
mühitin və havanın insan orqanizminə şəfaverici təsiri ilə bağlı fikrini sübuta
yetirmək üçün Kafiəddin müalicəxana açmazdan əvvəl şagirdlərinə tapşırmışdı
ki, bir neçə qoyun kəsib, Şamaxı ətrafında müxtəlif yerlərdə assınlar. Bir
həftədən sonra o, həmin yerləri atla gəzib görür ki, hər yerdə asılmış qoyunlar
iylənib xarab olub, təkcə bir yerdə asılan ət elə qalıb ki, sanki indicə kəsilmişdir.
Buna görə də Kafiəddin özünün
Məlhəm müalicəxanasmı
burada təşkil
etmişdi.
Tarixi qaynaqlara görə Eldəniz hökmdarı Özbəyin şəxsi həkimi
Cəlaləddin
təbib
xəstəliyin gizli çağında onun diaqnozunu təyin edə bilir və çox
az dərmanla xəstəyə möcüzəli şəkildə şəfa verirdi. Mənbə Cəlaləddin təbib
haqqında yazırdı: “Ondan sonra dünyaya onun kimisi gəlməmişdir.”
Məşhur Mövlanə Cəlaləddin Ruminin dostu və həkimi
Əkmələddin
Naxçıvani
öz dövründə “həkimlərin ağası” və “dünya həkimlərinin başçısı”
adını almışdı.
XII
yüzildə başqa bir təbib
Mahmud ibn İlyas
xəstəliklərin müalicəsi
və əczaçılıq haqqında yazdığı əsərdə müalicəvi dərmanlarm adını əlifba sırası ilə
düzmüşdür.
Dövrün tarixçisi
Dostları ilə paylaş: