dalarını dərindən bilməli idilər. Məhkəmə işlərinə başçılıq edən qazılar bütün
vergi və mükəlləfiyyətlərdən azad olunurdular. Qazan xan rüşvətxorluğun
qarşısını almaq üçün qazılann ehtiyaclarına uyğun vəsaitin xəzinədən
ödənilməsinə sərəncam vermişdi. Eyni zamanda şəhər və kənd qazılarının dəqiq
səlahiyyətləri və məhkəmə işlərinin aparılması üçün vətəndaşlardan tələb
olunan rüsumların dəqiq miqdarı müəyyən edilmişdi. Qazılar şəriət qanunlarına
ciddi əməl etmələri haqqında yazılı iltizam verməyə borclu idilər. Yüksək
vəzifəli dövlət məmurlarına isə qazıların işlərinə müdaxilə etmək, verəcəkləri
qərarlara təsir göstərmək qəti şəkildə qadağan olunmuşdu. İslahata görə 30 ildən
cox tarixə malik məhkəmə iddiaları qanunsuz elan olunurdu. Bu o demək idi ki.
30 il ərzində haaqında hec bir iddia qaldırılmayan mülkiyyət (torpaq, əmlak və
s.)
səksiz və qanuni hesab olunurdu. Torpaq alqı-satqısmda fırıldaqçılığın
qarşısını almaq üçün bundan sonra torpaq satan şəxs məhkəmədə mülkün ona
məxsusluğunu sənədlər və şahidlərin iştirakı ilə sübuta yetirməli və bu haqda
qazıdan yazılı qəbz almalı idi. F.Rəşidəddin yazırdı ki, Qazan xan qazılara qeyri
- qanuni şəkildə qəbalələr (mülk sənədləri) yazmağı qəti qadağan etmişdi.
Məhkəmə islahatının ən mühüm cəhətlərindən biri torpaq mülkiyyəti
hüququnun tənzimlənməsi məsələsinin əsas yer tutmasıdır. Məhkəmə
qərarlarının böyük hissəsi (təxminən üçdə ikisi) torpaq məsələlərinin həllinə
həsr olunmuşdu.
Qeyd edək ki, məhkəmə qərarlarının düzgün verilməsini təmin etmək
üçün verilən qərarlar və onların verilmə vaxtı xüsusi dəftərlərdə dəqiqliklə
qeydə alınırdı. Həmin dəftərlərdə qeydiyyatı aparan və bu işdən məsul olan
şəxslərin bilərəkdən və ya bilməyərəkdən təhriflərə yol verməsi cinayət hesab
olunur və ölüm hökmü ilə cəzalandırılırdı. Bütün bu qərarlara aydınlıq gətirən
Qazan xanın fərmanlanndan birində qeyd olunurdu ki, “vilayət qazıları bilsinlər
ki, bizim bütün fikirlərimiz insanlar arasında ədalətsizliyə, zorakılığa, zülmə və
əsassız iddialara qarşı yönəlmişdir. Qoy dünya və insanlar ruhən sakit
yaşasınlar, ədalətin nişanələri bütün seçilmiş insanlara və sadə xalqa, uzaqlara
və yaxınlara çatsın və onları ağuşuna alsın, insan cəmiyyətində narazılıqlar və
mübahisələr aradan qalxsın, haqq onun sahibinə məxsus olsun, yalanın, hiylənin
və zorakılığın qapısı birdəfəlik bağlansın”.
Qazan xan ictimai asayişi təmin etmək üçün çox ciddi addımlar atmış,
şəhərlərdə mübahisə və dava - dalaşın baş verməsinin əsas səbəbi hesab etdiyi
şərab içilməsin! qəti qadağan etmişdi. Rəşidəddinə görə bu qadağa fərmanından
sonra şəhərlərin küçə və bazarlarında nə bir sərxoşa, nə də nalayiq hərəkət edən
bir nəfərə də rast gəlmək olmurdu. Nəticədə dava - dalaş və mübahisələrə son
qoyuldu.
Beləliklə, Qazan xanın məhkəmə islahatının tam şəkildə həyata
keçirilməməsi haqqında tarixşünaslığımızda olan fikirlər heç bir sənədlə təsdiq
olunmur.
Qazan xanın 2 il ərzində həyata keçirdiyi rabitə islahatı ilə dövlətin
vahid rabitə sistemi yaradıldı. Ölkənin əsas yollarında hər üç fərsəxdən (20 -
Dostları ilə paylaş: