Bu dövrdə əhali üzərinə bir sıra ağır mükəlləfiyyətlər də qoyulmuşdu.
Ən ağır mükəlləfiyyətlərdən biri tərx idi. Belə ki, monqol qoşunu üçün zəruri
olan taxıl məhsullan əhalidən icbari qaydada bazar qiymətindən qat-qat aşağı
satın alınır və xəzinə təsərrüfatlarından toplanan, ancaq dövlətin ehtiyac
duymadığı məhsullar (xurma, düyü və s.) bazar məzənnəsindən çox baha
qiymətə əhaliyə zorla satılırdı.
Saraylar, qalalar tikmək, yol və körpülər salmaq üçün kəndli və
sənətkarlar məcburi qaydada biyar mükəlləfiyyətinə cəlb olunurdular.
Monqol ağalığı dövründə vergi yığılmasını baskaklar həyata
keçirirdilər. Bu zaman heç bir qayda - qanun gözlənilmirdi. Vergi və gəlirlərin
toplanması bir çox hallarda ayrı-ayrı şəxslərə iltizama (icarəyə) verilirdi.
Xəzinəyə verginin dəyərini qabaqcadan ödəyən iltizamçı hərbi dəstənin köməyi
ilə kəndliləri soyub talamaqla əlavə böyük gəlir əldə edirdi.
Hərbçi monqol əyanlarının yeritdiyi iqtisadi siyasət Azərbaycanda kənd
təsərrüfatı, sənətkarlıq və ticarətin tamamilə tənəzzülə uğramasına və dövlət
gəlirlərinin azalmasına gətirib çıxarmışdı. Dövlət xəzinəsinin boşalması
şəraitində XllI yüzilliyin sonlannda, hətta dövlətin əsas dayağı olan ordunu
saxlamaq belə mümkün deyildi.
Dostları ilə paylaş: