Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə64/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   60   61   62   63   64   65   66   67   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Şirvanşahlar 
isə öz varlıqlarını çətinliklə qoruyub saxlamağa 
çalışırdılar. Maraqlıdır ki, 1225-ci ildə Şirvanşah III 
Foribürzün 
adından 
kəsilən pulların üzərində onun öz adı və ləqəbi “əl - Malik”, 1226 - 1242-ci 
illərdə kəsilən pulların üzərində isə onun adı və ləqəbi ilə yanaşı, Bağdad 
Xəlifəsinin adı da göstərilmişdir. Fəribürzün oğlu, 1244-cü ildə taxta çıxan II 
Axsitanın hakimiyyətinin ilk illəri ilə bağlı Zəkəriyyə Qəzvini yazırdı: “Şirvan 
müstəqil vilayətdir. Sahibi isə Axsitandır”. 
Monqollann üçüncü yürüsü, Azərbaycan Hülakü dövlətinin mərkəzi 
kimu
Böyük Monqol xaqanı Münkə xan Orta Şərq ölkələrində möhkəmlənmək 
və monqol istilasını tamamlamaq üçün qardaşı 
Hülakü xanı 
böyük ordu ilə 
yürüşə yolladı. Hülakü xan 1256-cı ildə 
Azərbaycan 
və 
Aranı 
ələ keçirdi. 
1258-ci ildə Təbrizdən yürüşə çıxaraq 
Bağdadı 
tutdu və Xəlifə Mötəsimi 
qılıncdan keçirərək Abbasi xilafətinin varlığına son qoydu. Hülakü xan 
Amudərya çayından Aralıq dənizinə, İran körfəzindən Dərbəndədək 
98 


böyük ərazini qılınc gücünə öz hakimiyyəti altında birləşdirərək beşinci monqol 
ulusunu - HUlakülər dövlətini yaratdı. Hülakü dövlətinin əsas mərkəzi - 
metropoliyası Azərbaycan idi. Dövlətin yarandığı 1258-ci ildə ilk paytaxtı 
Marağa, 1259-cu ildə Azərbaycanın baş şəhəri Təbriz olmuşdur. Hülakü 
elxanlarının sarayı, dövlətin inzibati, hərbi - siyasi idarəetmə orqanları, xəzinəsi 
və vergi idarələri Təbrizdə yerləşirdi. Hülakülərin yay iqamətgahı Qarabağda, 
qış iqamətgahı isə Muğanda idi. Maraqlıdır ki, Səlcuqlular dönəmində türk 
dövlətlərində rəsmi dil ərəb və fars dilləri idisə, Hülakülər dövründə türk dili 
dövlət dili mövqeyini qazanmışdı. O dövrdə yaşamış görkəmli alimimiz 
Məhəmməd Naxçıvani yazırdı ki, Hülakülər dövlətində mühüm sənədlər türk, 
ərəb və fars dillərində yazılırdı və fərmanlar azərbaycanlılara türk dilində 
çatdırılırdı. Təsadüfi deyil ki, XIII - XIV əsrlərdə Azərbaycanın və onun şimal 
hissəsi olan Aranın əhalisinin böyük çoxluğu türklərdən ibarət idi. XIII əsr 
mənbələrində təkcə Aranda yüz min türk atlısının olduğu bildirilmişdir, 
Azərbaycanın görkəmli alimi Nəsrəddin Tusi Hülakü xanın baş məsləhətçisi, 
Hülakü xanın oğlu Abaqa xanın vəziri olmuş və hər iki elxanın dövründə 
ölkəmizin idarə edilməsi işlərinə güclü şəkildə təsir göstərmişdi. 
Güclü və mərkəzləşmiş idarə orqanları yarada bilən Hülakü xan köçəri 
əyanlara arxalanırdı, hərbi-siyasi idarələri və vilayətləri şahzadələrə və tamnmış 
əmirlərə tapşırmışdı. Oturaq əhalini ağır vergi sisteminə cəlb edən Hülakü xan 
yerli Azərbaycan əyanlarını sıxışdırmağa çalışırdı. Abaqa xanın hakimiyyətinin 
(1265-1282) sonlarında köçəri əyanların hakimiyyət uğrunda mübarizəsi və 
daxili çəkişmələr Arqun xanın ölümündən (1291) sonra daha da gücləndi. 
1295-ci ildə Qarabağda Hülakülər dövlətinin başçısı elan edilən Qazan xan 
(1295-1304) köçəri əyanların üsyan və çıxışlarını yatıraraq mərkəzi hakimiyyəti 
gücləndirdi. 
Qazan xanın qardaşı Sultan Olcaytunun dövründə (1304-1316) mərkəzi 
hakimiyyət xeyli möhkəmləndirilsə də, on iki yaşlı Əbu Səidin dövründə 
(1316-1335) əslində dövlətin idarəsi baş əmir Çobanın ixtiyarına keçdi. 
1343-cü ildə Hülakülər dövlətində hakimiyyətə gəlmiş Çobani Məlik 
Əşrəfin dövründə xalqımız tam bir zülm və dəhşətli qorxu içində yaşamağa 
məhkum edilmişdi. Tarixçi Əbubəkr əl Qütbi əl Əhərinin Çobani nəslinin 
Vətənimiz Azərbaycana gətirdiyi bəlalar haqqında yazdıqları oxuyanları 
dəhşətə gətirir. Tarixçi yazırdı: “1344-cü il: Çobanilər Təbrizə gəldilər və 
zülmün əsasını qoydular, 1345-ci il: Məlik Əşrəf Təbrizə gəlib oturdu və zülm 
bayrağını göylərə qaldırdı, 1346-cı il: ölkədə üç şey bol idi: zülm, bahalıq və 
vəba... Məlik Əşrəf 100 min ac qurdu Azərbaycan və Aranın canına saldı. Onlar 
istədiklərini etdilər. Əhali cana doydu və Vətənini tərk edib qonşu ölkələrə 
səpələndi.” Mənbələrdə Məlik Əşrəfin Azərbaycandan 400 dəvə və min qatır 
yükünə bərabər sərvət toplaması və on yeddi yerdə xəzinə saxlaması haqqında 
məlumatlar vardır. 
99 


Hülakü dövləti yaranandan sonra Çingiz xanın vəsiyyətini əsas gətirən 
Qızıl Orda dövləti onlardan qoparılmış Azərbaycan kimi zəngin ölkənin 
itirilməsi ilə heç cürə barışa bilmirdilər. Çingiz xanın oğlu Cuciyə məxsus 
dördüncü ulusun - Qızıl Ordanın ərazisinin bir hissəsinin qopanlaraq beşinci 
ulusa - Hülakü dövlətinə çevrilməsi bu iki nəhəng güc arasında bir əsrə qədər 
davam edən müharibəyə səbəb oldu və aparılan savaşlar Azərbaycana böyük 
fəlakətlər gətirdi. Şəhərlərimiz, kəndlərimiz dağıdılıb qarət edilir və əhalimiz 
qınlırdı. Qızıl Ordanın 1263, 1265,1288 - 1290, 1335-ci il yürüşləri ona uğur 
gətirmədi. Çobani Məlik Əşrəfin Hülakü ulusunu çapıb - talaması və 
soyğunçuluq siyasəti ölkəmizi hərbi - siyasi və iqtisadi cəhətdən tamamilə 
gücdən salmışdı. Məlik Əşrəfin zülmündən baş götürüb Qızıl Ordaya qaçmış 
din xadimi Bərdəli Mövlana Məhiyəddm Saray Bərkə şəhərində məsciddə 
vaizlik edirdi. Qızıl Orda hökmdan Canı bəyin məscidə gəlməsindən istifadə 
edən Mövlana Çobani Məlik Əşrəfin Azərbaycan xalqına etdiyi zülmdən elə 
danışdı ki, böyük hökmdar Cam bəy ağlamaqdan özünü saxlaya bilmədi və 
dərhal qoşun hazırlamağı əmr etdi. Canı bəy Azərbaycema gələndə. Şirvanşah 
qoşunu da ona qoşuldu. 1357-ci ildə Təbrizə daxil olan müttəfiqlər 
Azərbaycanda Çobani ağalığına son qoydular və Hülakü dövləti tarixin 
səhnəsindən silindi. Bu hadisə Azərbaycanın şimalında Şirvanşahlann müstəqil- 
ləşməsinə şərait yaratdı. Hülakü dövlət sistemində Şirvanşahlar öz titullarım 
saxlasalar da, bu formal xarakter daşıyırdı. Çünki mərkəzi hökumət onlann 
səlahiyyətlərini o dərəcədə məhdudlaşdırmışdı ki, Şirvan əhalisindən vergiləri 
belə, monqol baskakları toplayırdı. 
Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin