Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə57/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   53   54   55   56   57   58   59   60   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

§ 10. IX - XIII 
əsrin əvvəllərində Azərbaycan mədəniyyəti 
“Kitabi Dədəm Qorqud*’ dastanı 
Babəkin başçılığı ilə xalqımızın azadlıq savaşı nəticəsində Xilafətin 
Azərbaycandan çəkilməsi, dövlətçiliyimizin yenidən bərpası Səlcuq dönəmi və 
Eldənizlərin hakimiyyəti dövründə ölkəmizdə baş vermiş siyasi və iqtisadi 
yüksəliş mədəni sahədə də böyük inkişafa səbəb olmuşdur. VII əsrdə meydana 
çıxmış və Oğuz yurdu olan Azərbaycanda - Xəzər dənizindən Diyarbəkirə və 
Qara dənizədək geniş yayılmış “Kitabi Dədəm Qorqud” dastam bütövlükdə 
türklüyün tərcümeyi - halı olub, möhtəşəm bir abidə hesab edilir. Ana abidəmiz 
sayılan bu dastanda bizim - Oğuz türklərinin Bizansın başçılıq etdiyi xristian 
blokuna qarşı mücadiləsi, tarixi torpaqlanmızı ələ keçirib yağmalamaq istəyən, 
xüsusilə qərb sərhədlərimizi tez - tez pozan "qara donlu kafir" düşməndən 
qorumaq üçün apardığımız qəhrəmanlıq mücadiləsi öz əksini tapmışdır. 
“Kitabi Dədəm Qorqud” dastanı Oğuz türklərinin Azərbaycanda köklü 
və oturaq əhali olduğunu, əkinçilik, maldarlıq və müxtəlif sənətkarlıq sahələri 
ilə məşğul olduğunu göstərir. Oğuz türklərinin əsas peşəsi taxıl əkib - biçmək 
idi, bərəkət rəmzi olan un və ələyin nə olduğunu çoxdan bilirdilər. O 
83 


dövrün çox böyük yeniliyi olan su dəyirmanına malik idilər. Oğuz türkləri üçün 
ən müqəddəs anlayış ‘Torpaq, Vətən və Yurd” idi. Boş qalmış yurd yeri, 
sahibsiz qalmış Vətən torpağı oğuzların dünyagörüşündə “ən dəhşətli mənzərə” 
hesab edilirdi. Oğuzların “qatar - qatar dəvələri”, “tövlə - tövlə şahanə atları” və 
saysız - hesabsız qoyun sürüləri var idi. Bayandur xan Oğuz bəylərinin Ali 
Məclisini keçirəndə “min yerdə ipək xalça döşətdirirdi”. 
Oğuzlarda heç bir digər xalqlarda rast gəlinməyən Ana sevgisi və 
qadına dərin hörmət hissi var idi. Ana haqqı Tanrı haqqına bərabər tutulurdu. 
“Salur Qazanın evinin yağmalandığı boy” da bütün varidatı Şöklü Məlik 
tərəfindən talan olunub aparılan Salur Qazan düşmənlə qarşılaşarkən hər 
şeyindən - “qızıl tağlı uca evlərindən”, “qiymətli xəzinəsindən, bol 
gümüşündən”, hətta “qırx igidlə birlikdə oğlu Uruzdan” və “qırx incəbelli qızla 
qarısı Burla Xatundan” da keçir, amma anasından keçmir. Dünyada öz qoca 
anasına heyrət doğuracaq dərəcədə dəyər verən ikinci bir xalqa indiyədək rast 
gəlinməmişdir. 
Müqəddəs İslam dininin qəbul edilməsi Azərbaycan türklərinin 
qaynayıb-qarışaraq vahid xalq kimi formalaşmasında mühüm rol oynamışdır. 
Dastana görə Oğuz türkləri “ucalardan uca” və “əbədi hökmran olan Allah - 
təala ilə xəbərləşir”, çətinə düşəndə Tanrıya sığınır, ümidlərini “dünyam yoxdan 
var edən” Allaha bağlayır, ağır sınaq anlarında “müqəddəs kitabımız olan 
Quranı araya gətirir”, “ona əl basıb and içir”, “adı gözəl Məhəmmədin dini 
yolunda döyüşlərə” başlayırdılar. 
Oğuzlar Vətənimizin sərhədlərini dönə - dönə pozmuş qarı düşmənlə 
dost olmazdılar, kafirlər üzərində qələbə qazananda Oğuz elində şənliklər 
keçirilir, təbil, nağara, qızıl - tunc borular çalınardı. 
Maarif və elm 
IX əsrin II yarısında dövlət müstəqilliyimizin bərpasından sonra 
Azərbaycan hökmdarları maarif və elmin inkişafına qayğı göstərir, qabaqcıl elm 
adamlarını saraya toplayır, möhtəşəm saraylar, məscidlər, körpülər ucaldır və 
mədrəsələr açırdılar. Azərbaycanın bütün Şərqdə məşhur olan Gəncə, Bərdə, 
Marağa, Şamaxı, Dərbənd, Təbriz, Ərdəbil və digər şəhərlərində mükəmməl 
təhsil verən çoxlu məktəb və mədrəsələr fəaliyyət göstərirdi. Məscidlərdə 
yerləşən ibtidai məktəblərdə - “Qurani-Kərim” öyrədilir və müxtəlif elm 
sahələrinə dair ilkin məlumatlar verilirdi. Mədrəsələrdə dini biliklər və şəriətlə 
yanaşı, məntiq, Şərq dilləri və müxtəlif təbiət elmlərinin öyrənilməsinə xüsusi 
diqqət yetirilirdi. 
IX - XII əsrlərdə nəinki Şərqdə, bütün Firəngistanda (Avropa - Red.) 
məşhur olan türk və müsəlman mütəfəkkirləri Cabir ibn Həyyan, Biruni, İbn 
Sina, əl-Fərabi, Təbəri, Xarəzmi və başqalan Azərbaycanda yaxşı tanımrdılar. 
Azərbaycan mədəniyyəti və elmi VIII - XI əsrlərdə Ərəb xilafətinin 
ərazisində ərəb, türk və digər xalqların görkəmli alim və mütəfəkkirlərinin 
yaratdıqları ortaq İslam mədəniyyəti və elmindən bəhrələnmişdir. İslam 
84 


mədəniyyəti yaradıcılarından biri, VIII - IX əsrlərin böyük ərəb astronomu, 
təbibi, böyük kimyaçısı 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin