İ N F O R M A T İ K A
____________________________________________________________
132
[F1÷F12] – müəyyən funksiyaları yerinə yetirirlər və proqramın cari
momentində işləyirlər;
[PrintScreen] – ekrandakı təsvirin alınaraq çap edilməsini yerinə yetirir və
yaxud ekrandakı təsvirin surətinin alınaraq bufer yaddaşda saxlanmasını
həyata keçirir;
[Pause/Break] – kompüterin işini dayandırır.
Əmrlərin daxil edilməsi
rejimində və kompüterin yenidən yüklənməsində istifadə olunur.
Simvol klavişlər sahəsindəki klavişlərdən informasiyanın kompüterə daxil
edlməsi zamanı istifadə edilir. Burada bəzi klavişlər
özünəməxsus xüsusiyyətə
malikdir.
Onlardan:
[Tab] – simvolları tabulyasiya edir, yəni
kursoru təyin edilmiş sətir
mövqeyi qədər sürüşdürür;
[Caps Lock] – böyük hərflərin yazılması rejimini açıb/bağlayır;
[Shift] – qisamüddətli böyük hərflərdən və simvollardan istifadəyə imkan
verir (klaviatura üzərində sağda və solda yerləşir);
[Ctrl] – klaviaturanın imkanlarının genişlənməsinə əlavə imkan yaradır;
[Alt] – [Ctrl] ilə eyni funksiyanı
yerinə yetirir;
[Enter] - əmrin yerinə yetirlməsini həyata keçirir (təsdiqləyir);
[Backspace] – kursordan solda yerləşən simvolu silir.
Kursor ekranda istifadəçiyə daxil etdiyi simvolun yerini göstərir. İstifadəçinin
zövqündən asılı olaraq kursoun işarəsini müxtəlif formada seçmək olar (məsələn,
üfqi və şaquli və s.).
Kursor vasitəsilə idarə olunan klavişlərə aşağıdakılar aiddir:
[Ins] (və ya [İnsert]) – daxiletmə rejimini açır və bağlayır;
[Del] (və ya [Delete]) – kursordan sağda dayanan simvolu silir;
[Home] – kursoru sətrin başlanğıcına gətirir;
[Pg Up] (və ya [Page Up]) – kursoru bir ekran qədər yuxarı
hərəkət
etdirir;
[Pg Dn] (və ya [Page Down]) – kursoru bir ekran qədər aşağı hərəkət
etdirir;
[End] – kursoru sətrin sonuna gətirir.
Bunlarla yanaşı klaviatura üzərində kursoru aşağı, sağa, sola və yuxarı
hərəkət etdirən düymələr dəsti də yerləşir.
Nəzərə çatdırmaq lazımdır ki, bəzi klavişlərin üzərində
iki və ya üç simvol
həkk olunur (məsələn, əksər klaviaturalarda rus, ingilis və azərbaycan hərflərinin
həkk olunduğunun şahidiyik).
Əgər klavişin üzərində
üç simvol həkk olunmuşsa, binlardan biri sadəcə
olaraq klavişi sıxdıqda onun üzərində olan simvola uyğun işarəni kompüterə daxil
edir. Əgər klaviş üzərində iki simvol həkk edilmişdirsə, bu zaman klavişi sıxdıqda,
onunla bərabər [Shift] düyməsinin sıxılması da vacibdir, bu zaman simvola uyğun
informasiya kompüterə daxil olacaqdır (bu zaman [Shift] düyməsi sıxılmış
vəziyyətdə olmalıdır).