İ N F O R M A T İ K A
____________________________________________________________
164
ALQORİTM VƏ ONUN TƏSVİR ÜSULLARI
Alqoritm riyaziyyatın mühüm anlayışlarından
biri olub, hələ kompüter
yaranmamışdan əvvəl mövcud idi. Bu anlayış riyaziyyatda
eyni tip məsələlərin
həllində ümumi üsulların axtarılması ilə əlaqədar olaraq meydana çıxmışdır. Onluq
ədədlər üzərində hesab əməllərinin aparılması qaydaları (alqoritmləri) adlanır.
Alqoritm
– latınca qayda-qanun deməkdir. Riyazi mənada məsələnin həlli
ardıcıllığına alqoritm deyilir.
Ümumiyyətlə, alqoritm verilmiş məsələnin həlli üçün lazım olan əməliyyatları
təyin edən və həmin əməliyyatların hansı ardıcıllıqla yerinə yetiriləcəyini göstərən
formal yazılışdır.
Alqoritm həll olunan məsələnin xarakteri ilə bağlı
olduğu üçün onun
yaradılmasında ümumi qaydalar yoxdur. Lakin hər bir alqoritm tərtib edilərkən
onun müəyyən tələblərə cavab verməsi nəzərə alınmalıdır. Bu tələblərə alqoritmin
xassələri deyilir.
Alqoritmin əsas xassələri aşağıdakılardır:
1.
Alqoritm
diskret
olmalıdır, yəni onun təsvir etdiyi proses ayrı-ayrı
elementar addımlar ardıcıllığına bölünməli və bu bölgü elə olmalıdır ki, alqoritmin
yazılışı bir-birindən dəqiq ayrılmış şəkildə olsun.
2
.
Alqoritmin tərtibi məsələnin həllini ardıcıl yerinə yetirilən mərhələlərə
bölmək deməkdir. Bu zaman əvvəlki mərhələlərin nəticələri sonrakı mərhələlərdə
istifadə oluna bilər. Bu alqoritmin
Dostları ilə paylaş: