İ N F O R M A T İ K A
____________________________________________________________
174
Utilitlər
aşağıdakı funksiyaları yerinə yetirirlər:
disklərə xidmət etmək (formatlaşdırma və s.);
informasiya
mühafizəsinin təmini, nasazlıq hallarında bərpanın
mümkünlüyü və s.;
fayl və kataloqlara xidmət;
arxivlərin yaradılması və yeniləşdirilməsi;
kompüter resursları, disk sahəsi, proqramların əməli yaddaşda
paylanması haqqında informasiyanın verilməsi;
müxtəlif rejim və formatlarda olan mətn və digər faylların çapı;
kompüteri viruslardan mühafizə.
Antivirus
proqram
vasitələri
məlumatların
(verilənlərin)
neytrallaşdırılmasını və kompüterin diaqnostikasını təmin edir. Viruslar çoxalaraq
proqramlara özbaşına qoşulur, lazımsız və ziyanlı müxtəlif əməliyyatları
həyata
keçirir.
Geniş yayılmış kompüter virusları ilə mübarizə istifadəçilərə bir çox
çətinliklər yaradır. Buna görə də virusların yayılma xüsusiyyətlərinin və
əmələgəlmə xarakterinin istifadəçi tərəfindən
öyrənilməsi ona viruslarla
mübarizədə antivirus proqramlarından effektiv istifadəyə imkan verir.
Virus digər proqramlara özbaşına qoşula bilən, öz surətini fayllara,
sistem
sahəsinə, şəbəkələrə və s. yayan və kompüterin normal işini pozan xüsusi
proqramdır. Yaranmış virus proqramlarının surəti təkrar olaraq kompüterin
daxilində yenidən yayıla bilir.
Dostları ilə paylaş: