İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə17/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   13   14   15   16   17   18   19   20   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

analoq-kod çeviricisi
adlanan xüsusi 
qurğudan istifadə olunur. 
İnformasiyanın saxlanması.
İnformasiya təhlil olunmazdan əvvəl və 
sonra informaiya daşıyıcılarında saxlanılır. İnformasiya daşıyıcısı kimi kağızdan, 
perfokartdan, perfolentdən, kitabdan, maqnit lentindən, müasir kompüterlərdə 
isə maqnit və lazer disklərindən, fləşlərdən (flash) və fləş kartlardan istifadə 
olunur. 
İnformasiyanın axtarışı və işlənməsi.
Əməliyyat adi halda insan 
tərəfindən, avtomatlaşdırılmış halda isə komüpter vasitəsilə aparılır. 
İnformasiyanın işlənməsi informasiyanın əsas problemi hesab olunur. 
İnformasiyanın işlənməsi başqa sözlə qarşıya qoyulan məsələnin həlli deməkdir. 
Bunun üçün əvvəlcədən hazırlanmış alqoritmlərdən və proqramlardan istifadə 
olunur. 
İnformasiyanın işlənməsindən alınan nəticələr tələb olunan formada 
istifadəçilərə çatdırılır. Nəticədə informasiyanın istifadəçilərə çatdırılmasına çox 
vaxt ayrıca proses kimi baxılır. Avtomatlaşdırılmış üsulla (kompüterlə) təhlil edilən 
(işlənən) informasiya istifadəçilərə adətən kompüterin xaricetmə qurğuları ilə 
(monitor, printer, qrafikçəkən qurğu və s.) mətn, cədvəl, qrafik və s. şəklində 
çatdırılır. 
İnformasiya proseslərinin avtomatlaşdırılmasının ümumi sxemi aşağıdakı 
şəkildə verilmişdir. 
İnformasiya proseslərinin yerinə yetirilmə ardıcıllığını əks etdirən sxem 
avtomatlaşdırılmış informasiya və idarəetmə sisteminin sadələşdirilmiş quruluşunu 
göstərir. İş rejimləri analoq kəmiyyətləri ilə tənzimlənən texnoloji proseslərin 
idarəedilmə sistemlərində informasiyanın işlənməsindən alınan nəticələr kod-
analoq çeviricisi ilə kod formasından analoq formasına çevrildikdən sonra idarə 
olunan obyektin icra mexanizminə verilir. 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
16 
 
 
İnformasiya proseslərinin avtomatlaşdırılmasının ümumi sxemi 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin