İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə14/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   10   11   12   13   14   15   16   17   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

şifahi və yazılı 
formada əldə edilir. 
İqtisadi informasiya üçün yazılı təsvir forması xasdır, idarəetmə fəaliyyətinin 
həyata keçirilməsində şifahi informasiya məhdud rol oynayır. İnformasiyanın 
təsvir edilməsinin elementar vahidi siqnallardır. Bunlara rəqəmlər, hərflər və digər 
işarələr aiddir. İnformasiya quruluş vahidlərinin təşkil olunduğu informasiya 
siqnallarının yazılı təsviri qeydiyyat adlanır. 
Qeydiyyat müəyyən maddi mühitin olmasını tələb edir. Həmin mühit 
qeydedicilər və ya informasiya daşıyıcıları adlanır. İnformasiya daşıyıcıları 
informasiyanın əsas təsvir formasına aiddir. Qeydedicilərdən əlavə informasiya 
indikatorlar vasitəsilə yazılış formasında da təsvir edilir. Onların qeydedicilərdən 
fərqi ondan ibarətdir ki, təsvir edilən informasiya diskret hərf-rəqəm siqnalları ilə 
deyil, fasiləsiz siqnallarla göstərilir. 
İnformasiyanın yazılı təsvir edilməsi üsullarından biri qrafik üsuludur. Bu 
zaman informasiya həndəsi fiqurlarla göstərilir. Qrafik üsuldan həm iqtisadi 
informasiyanın öyrənilməsi üçün, həm də idarəetmə işlərinin aparılması 
təcrübəsində geniş istifadə edilir. 
İNFORMASİYA PROSESLƏRİ VƏ ONUN 
AVTOMATLAŞDIRILMASI 
 
Qeyd etmək lazımdır ki, son illərdə
İnformatika
termini əvəzinə 

Kompüter 
texnologiyası
” 
və 
ya 

İnformasiya 
texnologiyası
” 
terminlərindən daha çox istifadə olunur. 

Texnologiya
yunan sözü olub (techne bacarıq + logos - öyrənmə 
sözlərinin birləşmə mənasını verir) məhsulun hazırlanma bacarığı, istehsal 
proseslərinin yerinə yetirilməsi üçün üsul və vasitələr haqqında biliklər toplusu 
deməkdir. Bu nöqteyi-nəzərdən 
kompüter texnologiyası 
baxılan sahədə 
kompüter texnikasının aparat və proqram vasitələrindən istifadə texnologiyası 
deməkdir. 
QEYD
: Bizim eradan əvvəl, IV əsrdə Mesopotamiyada yazılmış traktatlarda 

texnologiya
” termininə rast gəlinir. XVIII əsrdə elmin texnika sahəsində 

texnolgiya
” adlanan yeni bir sahəsi əmələ gəlir. 1772-ci ildə İohan Bekman 
(1739-1811) ilk dəfə olaraq “
texnologiya
” terminindən elmi əsərləri ilə yanaşı 
almaniyanın Hettingen universitetində oxuduğu mühazirələrdə istifadə edir. 1777-



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin