İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə12/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   8   9   10   11   12   13   14   15   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
12 
“İnformasiyanın elmi əsasları” (“Основы научной информации”) kitabında öz 
əksini tapır. Alim sonrakı illərdə (1968-ci ildə) kitabı “İnformatikanın əsasları” 
(“Основы информатики”) adı ilə yenidən çap etdirir. 
İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt “verilənlər” sözü ilə 
ifadə olunur. “
Verilənlər
” texniki vasitələrlə (məsələn, kompüterlə) saxlanması, 
işlənməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan) 
məlumatdır. “
Verilən
” termini latınca “
datum
” (fakt) sözündən yaranmışdır. 
Lakin verilən bəzən konkret və ya real fakta uyğun gəlməyə bilər. Verilənlər 
bəzən qeyri-dəqiq, həqiqətdə mövcud olmayan anlayışları ifadə edə bilər. Odur ki, 
verilənlər dedikdə öyrənilən obyektin, hadisənin və ya fikrin təsviri başa düşülür. 
Verilənlər ümumi halda ad, qiymət, tip, struktur xarakteristikaları ilə təyin 
olunurlar. 
Verilənin adı onun mənasını (semantikasını) ifadə edir. 
Verilənin qiyməti isə əslində verilənin özünü xarakterizə edir, çünki faktları 
bir-birindən ayırmaq üçün onları qiymətləndirmək lazımdır. 
Verilənlərin tipi xarakteristikasından əsasən proqramlaşdırmada istifadə 
olunur. Tipinə görə verilənləri 4 qrupa ayırırlar: 
hesabı
 (və ya rəqəm tipli), 
mətn
(və ya simvol tipli), 
məntiqi
 və 
göstərici

Hesabı verilənlərdə qiymət rəqəmlə ifadə olunur. 
Mətn tipli verilənlərdə qiymət sözlə (simvollarla) ifadə olunur. 
Məntiqi verilənlərdə qiymət məntiqi kəmiyyətlə ifadə olunur (məsələn, 
“sıradakı ikinci ədədin tək ədəd olması yalandır”). 
Göstərici tipli verilənlərdən isə proqramlaşdırmada yaddaş ünvanları ilə 
işləmək üçün istifadə olunur. 
Qeyd edək ki, proqramlaşdırmada verilənlər say sisteminə, təsvir formasına 
görə də xarakterizə edilir. 
Qısa izahatdan göründüyü kimi “

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin