İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə11/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   7   8   9   10   11   12   13   14   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 11 
Cəmiyyətin informasiyalaşdırılması. 
Cəmiyyətin inkişaf tarixində 
üçüncü qlobal sosial-texniki inqilab kimi qeyd olunan müasir İKT ictimai həyatın 
informasiyalaşdırılması prosesi kimi reallaşır. İnformasiya cəmiyyəti və ya 
cəmiyyətin informasiyalaşdırılması ölkənin intellektual potensialından səmərəli 
istifadə edərək hərtərəfli inkişafın təmin edilməsi, bütövlükdə ictimai həyatın 
demokratikləşməsi üçün güclü vasitədir. Azərbaycanda informasiyalaşmış 
cəmiyyətin əsas xüsusiyyətlərinə qlobal informasiya mühitinin yaradılması, sosial 
və iqtisadi fəaliyyətin yeni formalarının (məsafədən təhsilalma, elektron ticarət, 
teleiş, elektron demokratiya, elektron hökumət və s.) meydana gəlməsi, 
informasiya və bilik bazasının yaradılması, müxtəlif informasiya mübadiləsi 
sistemlərinin inkişafı, vətəndaş və təşkilatların istənilən məlumatı almaq, onu 
yaymaq və ondan istifadə etmək üçün hüquqlarının tam təmin edilməsi və s. 
aiddir. 
İnformatika elminin əsas predmeti informasiyadır. İnformasiya ifadə olunma 
formasından asılı olmayaraq insanlar, canlılar, cansızlar, faktlar, hadisələr, 
proseslər və s. haqqında olan məlumat və biliklər toplusudur. 
İnformatika qarşısında düran əsas məsələlərə bunlar daxildir: 

müxtəlif xarakterli informasiya proseslərinin tədqiqi; 

texniki vəsitələrin və informasiyanın təhlil olunma üsullarının mövcud 
tədqiqatlara əsaslanaraq hazırlanması və təkmilləşdirilməsi;

iqtisadiyyatın, istehsalın və cəmiyyətin həyatı ilə bağlı müxtəlif sahələrə 
aid informasiya sistemlərinin yaradılması üçün elmi və texniki problemlərin 
həlli.
İnformasiya latın sözü olub (
informatio
), baş vermiş hadisə və ya fakt 
haqqında məlumat vermək mənasını daşıyır. İnformasiya ətraf mühitin obyektləri 
və hadisələri, onların parametrləri və xassələri haqqında xəbərdir. İnformatikada 
bu xəbərlər verilənlər də adlanır. 
QEYD
: Keçən əsrin 60-cı illərində rus, ingilis, fransız və alman dillərində 
istifadə olunan “
sənədlər
” (“документация”) terminini “
informasiya
termini ilə 
əvəz etmək adət şəkilini aldı. “
İnformatika
” terminindən ilk dəfə 1957-ci ildə 
alman mütəxəssisi Karl Şteynbux jurnalda çap elətdirdiyi “İnformatik: 
Automatische İnformations verarbeıtung (İnformatika: İnformasiyanın avtomatik 
təhlil olunması)” məqaləsində istifadə edir. Fransızca “informatigue” terminindən 
istifadəni isə 1962-ci ildə fransız Filip Dreyfus təklif etmiş və sözü avropa 
xalqlarının əksər dillərinə tərcümə etmişdir. Fransada termin rəsmi olaraq 1966-cı 
ildən istifadə edilmişdir. 
Rus dilində “sənədlər” (“документация
”) 
terminindən törənən kəlmə bir 
müddət “
Dokumentalistika
” (“документалистика”) kimi istifadə olunur. 

İnformologiya
” və “
İnformatika
” terminləri 1962-ci ildə keçmiş sovetlər 
məkanında, Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Xarkeviç tərəfindən 
təklif olunur. İnformatikanın əsasları bir elm kimi alimin çap elətdirdiyi 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin