FƏSİL XVIII. İNTERNETDƏN TƏHLÜKƏ VƏ ONDAN MÜDAFİƏ
397
Kompüter viruslarının meydana gəlməsinin qısa tarixi...................................
399
Polimorfizm – virusların mutasiyası................................................................
419
Təhlükəsizliyə qarşı virus hədələrinin tarixi....................................................
420
Mövcud yanaşmaların nöqsanları.....................................................................
421
Antivirus proqramlarının yaradılması və inkişafı............................................
423
TESTLƏR....................................................................................................
429
ƏDƏBİYYAT..............................................................................................
639
İ N F O R M A T İ K A
____________________________________________________________ 7
G İ R İ Ş
Hesablama texnikasının sürətli inkişafı və geniş yayılması yeni elm
sahəsinin - informatikanın meydana gəlməsi üçün zəmin yaratdı. Hazırda
bütün dünyada ən dinamik inkişaf edən qabaqcıl texnologiyalardan biri
informasiya texnologiyasıdır. Günbəgün dəyişən və sürətlə inkişaf edən
informasiya texnologiyası mütəxəssisdən böyük çeviklik və daim bu
texnalogiyaya uygunlaşmağa hazır olmaq tələb edir. Kompüter texnikasının
ildən-ilə belə sürətlə inkişaf etməsi bu qənaətə gəlməyə imkan verir ki, XXI
əsrin əvvəllərindən bütün inkişaf etmiş ölkələrdə informasiyanın
saxlanılması yalnız kağızsız texnologiyaya əsaslanacaq.
İnformatika informasiyanın çevrilməsi haqqında elm olub, hesablama
texnikasının istifadəsinə əsaslanır, informasiya sistemlərinin yaradılması və
fəaliyyəti haqqında bilik verir. Bu biliklər informasiyanın yığılması, emalı,
ötürülməsi və istifadəsini hesablama texnikasının tətbiqi ilə əlaqələndirir.
Hesablama texnikasının tətbiqi də öz növbəsində yeni insan-maşın
texnologiyasını əhatə edir.
İqtisadiyyatın idarə edilməsi prosesində informatikanın rolu
əvəzedilməzdir. İnformatika bir elm sahəsi kimi öyrənilən hadisənin
informasiya modeli qurulduqdan sonra öz imkanlarını reallaşdıra bilir.
İnformatika bu modelin qurulmasının ümumi metodoloji prinsiplərini işləyib
hazırlayır.
|