İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə16/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   12   13   14   15   16   17   18   19   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

toplanması, ötürülməsi
saxlanması, emalı və istifadəçiyə çatdırılması
aiddir. İnformasiya prosesləri 
insanların həyat fəaliyyətində, elm və texnikada vacib rol oynayır. Bəşəriyyətin 
inkişafı ərəfəsində bu proseslərin daxili məzmununun dəyişməsinə baxmayaraq
onların mexanikləşdirilməsi və avtomatlaşdırılması meylləri açıq özünü göstərir. 
Kompüter texnikasının yaranması və inkişafı nəticəsində bu proseslərin 
avtomatlaşdırılması daha da sürətlənmiş və hazırda informatikanın əsas 
probleminə çevrilmişdir. 
İnformasiyanın toplanması
öyrənilən obyektin vəziyyəti haqqında 
məlumat alınması ilə aparılır. İnformasiyanın toplanması prosesi adi halda insan 
tərəfindən, avtomatlaşdırılmış halda isə texniki vasitələr və sistemlər tərəfindən 
yerinə yetirilir. 
Texniki qurğularda və sistemlərdə informasiyanın toplanması üçün müxtəlif 
ölçü və avtomatik qeydedici cihazlardan istifadə olunur. 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 15 
İnformasiyanın ötürülməsi.
Toplanan informasiya təhlil olunmaq üçün 
təhlil vasitələrinə ötürülməlidir. Adi halda informasiyanın təhlili (işlənməsi və ya 
emalı) insan tərəfindən, avtomatlaşdırılmış halda isə kompüter vasitəsilə aparılır. 
İnformasiyanın toplanan məntəqədən təhlil məntəqəsinə qədər olan məsafədən 
asılı olaraq ötürülməsi üçün müxtəlif vasitələrdən istifadə oluna bilər. Yaxın 
məsafədən ötürülmələrdə kabellərdən, uzaq məsafədən ötürülmələrdə isə rabitə 
kanallarından (telefon, teleqraf, peyk rabitəsi və s.) istifadə olunur. Müasir 
kompüterlərdə informasiyanın telefon kanalı vasitəsilə uzaq məsafədən qəbulu və 
ötürülməsi üçün modem (söz 
Modulyator və Demodulyator 
qurğuları adlarının 
birləşməsindən yaranmışdır) adlanan xüsusi qurğudan istifadə olunur. 
Texnologiya proseslərin idarəedilməsi sistemlərində toplanan informasiya 
çox vaxt analoq (kəsilməz) formalı kəmiyyətlər olur. Mövcud rabitə kanalları və 
kompüterlər isə diskret formalı siqnallarla işləyirlər. Odur ki, belə hallarda 
informasiya ötürülməzdən əvvəl analoq formasından diskret formaya (və ya 
əksinə) çevrilməlidir. Bu məqsədlə 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin