İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə15/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   11   12   13   14   15   16   17   18   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
14 
ci ildə alim “
Texnologiyaya giriş
” adlı elmi məqaləni sayılan jurnalların birində çap 
etdirir. Sonrakı illərdə çap etdirdiyi beş cilidli “
Kəşflərin tarixi
” adlı əsərində alim 

texnologiya
” termini anlayışını daha aydın izah edir. 
O dövrdən texnologiya müxtəlif dəyişikliklərə uğramışdır. O vaxtlar 
texnologiya sadə vərdiş mənasını verirdisə, indiki zamanda biliyin mürəkkəb 
kompleksi kimi başa düşülür. 
Texnologiya yunanca texne - sənətkarlıq, ustalıq, bacarıq, loqos – 
düşünmək, səbəb, metodika, yaratmaq üsulu deməkdir. Texnologiya geniş 
mənada yaradıcılığın istənilən sahəsində elmi üsullar, proseslər və materiallar 
metodikası, texniki istehsal üsullarının elmi şəkildə təsvir olunma anlamını, 
məhdud mənada isə elmin, texnikanın və cəmiyyətin ümumilikdə texniki şərtlər 
daxilində inkişafına imkan verən, nominal keyfiyyətlə və optimal xərclə 
hazırlanan, qulluğa, təmir və istismara xidmət edən təşkilatı tədbirlər, həyata 
keçirilən əməliyyatlar və məqbul sayılan bir kompleksdir. 
Alimlərdən D.N.Uşakov və B.M.Volin hesab edirlər ki, “texnologiya – bu və 
ya digər xammalın hazır fabrik malına və ya hazır məhsula çevrilməsi üçün həyata 
keçirilən emal proseslərinin cəmi və elmi toplumudur”. 
S.A.Smirnov və İ.B.Kotova texnologiyanı “verilmiş parametrlərə uyğun ilkin 
materialların təhlilində istifadə olunan üsullar ardıcıllığı və üsullar toplumu” kimi 
şərh edirlər. 
N.Y.Şvedova və S.İ.Ojekov texnologiyanı belə şəkildə müəyyənləşdirirlər: 
texnologiya müəyyən istehsal sahələri və prosesləri, həmçinin istehsal üsullarının 
cəmi olmaqla yanaşı istehsal üsullarının elmi təsvir olunmasıdır.
İnformasiya texnologiyası 
informasiya ehtiyatlarından istifadə olunma 
proseslərini asanlaşdırmaq, onların etibarlığını və operativliyini çoxaltmaq 
məqsədilə informasiyanın toplanması, ötürülməsi, saxlanması, təhlili və 
istifadəçilərə çatdırılmasını təmin edən və vahid texnoloji zəncirdə birləşdirən 
üsullar, istehsal prosesləri və texniki-proqram vasitələri toplusudur. 
İnformasiya proseslərinə informasiyanın 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin