İ N F O R M A T İ K A
____________________________________________________________ 9
F Ə S İ L I. İNFORMASİYA ELMİ, TƏRKİB
HİSSƏLƏRİ, PREDMETİ VƏ MƏQSƏDİ
İNFORMATİKA FƏNNİNİN PREDMETİ
VƏ MƏZMUNU
Müasir şəraitdə cəmiyyətin ən əsas inkişaf istiqamətlərindən biri bütün
sahələrin kompüterləşdirilməsi və informasiyalaşdırılmasıdır. Problemin həlli
“
İnformatika
” adlı müasir elm sahəsi ilə bağlıdır.
İnformatika fənninin əsas məqsədi
insanlarda məntiqi və alqoritmik təfəkkür
tərzini, məsələlərin səmərəli həlli üsullarının seçilməsinə yönəlmiş yaradıcı və
əməli düşünmə qabiliyyətlərini formalaşdırmaq, həmçinin onların gündəlik
qarşılaşdıqları problemlərin həlli üçün tələb olunan zəruri informasiyaları
kompüter vasitəsilə əldə etmələri sahəsində texniki bacarıq və vərdişlərin
öyrədilməsidir.
Hazırda cəmiyyətin və onun bütün sahələrinin inkişafı İnternetin artmaqda
olan intellektual imkanlarından və informasiya resurslarından geniş istifadə
olunması ilə əlaqədardır. Ona görə də konkret halda
”
İnformatika
” kursunun
tədrisinin əsas məqsədi və vəzifəsi insanları informatikanın elm və informasiya
sənayesi sahəsi kimi, həmçinin fərdi kompüterlərin və İnternetin müasir vəziyyəti
ilə, eləcə də ən müasir informasiya kommunikasiya texnologiyalarının imkanları
və tətbiq dairələri ilə tanış etmək, onlarda həmin texnologiyalardan səmərəli
istifadə sahəsində bilik əldə etməyə köməkçi olmaqdır.
“İnformatika” termini fransızca “
informatique
” sözü olub informasiya və
avtomatika sözlərinin birləşməsindən yaranmışdır. Odur ki, informatika, ilk
növbədə, informasiyanın avtomatik işlənməsi mənasını ifadə edir.
İnformatika təbiətdə, cəmiyyətdə və insan fəaliyyətində baş verən
hadisələrlə bağlı olan informasiya prosesləri haqqında, həmçinin informasiya və
informasiya prosesləri, informasiyalaşdırmanın aparat və proqram vasitələri,
informasiya və kommunikasiya texnologiyaları haqqında kompleks elmdir.
Bu onu göstərir ki, informatikanın fəaliyyət dairəsi “
Dostları ilə paylaş: