İ N F O R M A T İ K A
____________________________________________________________
288
Şəkil 79. Düymələr qrupu
ƏDƏDİ (HESABİ) VERİLƏNLƏR ÜZƏRİNDƏ YERİNƏ
YETİRİLƏN SADƏ ƏMƏLİYYATLAR
Hesabi verilənlər daxil edilmiş oyuqlar qrupu üzərində bir sıra hesab əməlləri
(məsələn, oyuqlardakı qiymətlərin cəminin hesablanması, oyuqların sayının
hesablanması və s.) yerinə yetirilə bilər.
Məsələn, 80 saylı şəkildə göstərilən cədvəldə seçilmiş (qeyd edilmiş) sütun
üzrə (C sütunu) pul məbləğlərinin yekun cəmini hesablamaq lazımdır.
Bundan
ötrü mausun oxunu məbləğlər göstərilən sütunun altında yerləşən boş oyuğa
gətirib sol düyməni sıxın. Seçilmiş oyuq cari oyuğa çevriləcək.
İ N F O R M A T İ K A
____________________________________________________________
290
Əməliyyat yerinə yetirilən kimi hesabi verilənlər 82 saylı
şəkildə göstərilən
kimi ayrılacaqdır.
Şəkil 82. Cəmlənəcək oyuqlar diapazonu
Diqqət
yetirin ki, nəticə alınmalı olan cari oyuqda =СУММ(С2:С6) formulu
görünür.
Bu o deməkdir ki, C2-dən C6-ya kimi olan oyuqların məzmunları
toplanacaq. Burada C sütunu, C-dən sonrakı ədəd isə sətrin nömrəsini göstərir.
Beləliklə, biz C sütununda 2 nömrəl sətrdən başlayaraq 6
nömrəli sətr də daxil
olmaqla bütün oyuqlarda yerləşən qiymətlərin cəmini tapırıq. Nəticəni əldə
etməkdən ötrü [Enter] düyməsini sıxmaq lazımdır.
Əgər ayrılmış oyuqların cəmi düz olmasa və ya qiymət sıfıra
bərabər
alınarsa, ayrılmış oyuqların formatını yoxlayın. Belə vəziyyət çox vaxt oyuqların
hamısının və ya bir hissəsinin ədədi formatda tanınmadığı hallarda baş verir.