İ N F O R M A T İ K A
____________________________________________________________ 293
sıxılmış vəziyyətdə saxlayıb oxu avtomatik doldurmaq
istədiyiniz bütün oyuqlar
üzrə sürüyün və sol düyməni buraxın (şəkil 85.).
Şəkil 85. Oyuqların avtomatik doldurulması
Sizin daxil etdiyiniz verilənlərin dəyişmə qanunauyğunluğunu Microsoft Excel
2010 tanıyanda oyuqlar müvafiq qiymətlərlə avtomatik doldurulur.
VERİLƏNLƏRİN ÇEŞİDLƏNMƏSİ
Veriənləri təhlil etmək üçün onları müxtəlif əlamətlər üzrə çeşidəmək
lazımdır. Daxil edilən verilənləri artma və ya azalma
istiqamətində avtomatik
çeşidləmək olar.
Bir sütunda yerləşən verilənləri çeşidləmək üçün çeşidlənəsi verilənlər
yerləşən oyuqlar qrupunu ayırmaq, sonra isə (Главная-Əsas) qoşmasındakı Edit
(Редактирование-Redaktə) qrupuna daxil olan (Сортировка и фильтр-
Çeşidləmə və süzgəc) düyməsini sıxmaq lazımdır (şəkil 86.).
Bu zaman ekrana ceşidləmə istiqamətini
müəyyən etməyə imkan verən
menyu açılır.