İ N F O R M A T İ K A
____________________________________________________________ 299
Əgər münasib
diaqram tipi seçməmisinizsə, onu həmişə dəyişə bilərsiniz.
Bundan ötrü əgər diaqram oblastı ayrılmayıbsa, sol düyməni diaqram oblastında
sıxın. Sonra Design (Конструктор - Konstruktor) qoşmasındakı (Изменить тип
диаграммы - Diaqramın tipini dəyişdir) düyməsini sıxmaq lazımdır.
Ekrana
müxtəlif diaqram tiplərini seçməyə imkan verən pəncərə açılacaq.
İNFOƏYRİLƏR
Microsoft Excel 2010-da verilənlərin dəyişiməsini əyani göstərmək üçün yeni
alət vardır. Bu
infoəyrilər
adlanır. Bunlar histoqramlara çox oxşayır,
lakin bir
oyuğun daxilinə yerləşdirmək üçün nəzərdə tutulmuşdur və hər hansı bir
göstəricinin zamana nəzərən dəyişməsini göstərmək üçün çox münasibdir.
İnfoəyri əlavə etmək üçün əvvəlcə infoəyri əlavə ediləcək oyuğu ayırmaq,
sonra isə Insert (Вставка-Daxil et) qoşmasında yerləşən (Инфокривые-İnfoəyri)
düyməsini sıxmaq lazımdır. Ekrana infoəyrinin formasını
seçməyə imkan verən
menyu açılacaq (şəkil 94.).
Şəkil 94. İnfoəyrinin əlavə edilməsi
İnfoəyrini qurmaq üçün sol düyməni sıxdıqda iş masasına (Создание
инфокрывых-İnfoəyrinin qurulması) dialoq pəncərəsi açılacaqdır (şəkil 95.).
Dialoq pəncərəsindən istifadə etməklə qurulacaq infoəyrinin (infoəyrilərin)
parametrlərini sazlamaq mümkündür.
İ N F O R M A T İ K A
____________________________________________________________
300
Şəkil 95. İnfoəyrinin parametrləri dialoq pəncərəsi
Dialoq pəncərəsinin (Диапозон расположение-Yerləşmə diapazonu)
sahəsində istifadəçinin seçdiyi oyuğun ünvanı yerləşir. Mausun oxunu (Диапозон
расположение-Yerləşmə diapazonu) sahəsinin
sağ tərəfində yerləşən
düymənin üzərinə gətirib sol düyməni sıxın. Sonra
da sol düymə ilə infoəyri
qurmaq istədiyiniz qiymətlər yerləşən oyuqları ayırın (şəkil 96.) və
düyməsini
sıxın.
Şəkil 96. İnfoəyri qurmaq üçün verilənlərin seçilməsi
Şəkil 96-da göstərilən pəncərədəki (Диапозон
данных-Verilənlərin
diapozonu) sahəsində oyuqların ünvanı yazılır.
Bu pəncərədəki OK düyməsini
sıxın. İnfoəyri seçilən oyuğa yerləşəcək.