İ N F O R M A T İ K A
____________________________________________________________
304
99 saylı şəkildə proqramın əsas işçi interfeysi göstərilir. Pəncərənin yuxarı
hissəsində Microsoft Office 2007 paketinin digər əlavələrində olduğu kimi
qoşmalardan ibarət lent yerləşir. Lent üzərindəki qoşmalardan
istifadə etməklə
proqramın funksiyalarını yerinə yetirmək mümkündür.
Lentin üst tərəfində Shortcut (Панель быстрого доступа - Qısa Yol
Düymələri), ondan solda isə Button “Office” (Кнопка “Office” – “Office”
Düymələri) yerləşir. İstifadəçi Shortcut (Панель быстрого доступа - Qısa Yol
Düymələri) üzərinə mausun oxunu gətirən kimi panel üzərində müəyyən
funksiyaları yerinə yetirə biləcək əmrlər və onlara uyğun panellər iş masası
üzərinə açılır. Bu istifadəçiyə lent üzərində yerləşmiş düymələr haqında o dəqiqə
məlumatlanmağa şərait yaradır.
İnterfeysin sol tərəfindəki sahədə Outline (Структура-Quruluş) və Slids
(Слайды-Slaydlar) qoşmaları yerləşir. Slids (Слайды-Slaydlar) qoşmasında bütün
slaydların siyahısı verilir. Hər bir
slayd ekranda necə görünürsə, o şəkildə də
istifadəçiyə təqdim olunur. Outline (Структура-Quruluş) qoşmasında təqdimatın
strukturu əks olunur. Burada hər bir təqdimat özünəməxsus başlıq ilə
nömrələnmiş şəkildə iş masasında göstərilir. İstifadəçi qoşmaları dəyişdirməklə
ona lazım olan əlverişli təqdimatın ekranda əks olunmasını seçə bilər.
İstifadəçi 99 saylı şəkildə göstərilmiş dialoq pəncərəsini masüstünə açdıqda
ancaq bir təqdimatı, daha doğrusu susmaya görə iş masasına açılmış təqdimatın
sərlövhəsini görəcəkdir.
İnterfeysin mərkəzi hissəsində iş sahəsi yerləşir. İş sahəsində yaradılmış
slaydlar formatlaşdırılır və redaktə olunur. Yaradılmış slaydı redaktə etmək üçün
mausun oxunu onun Outline (Структура-Quruluş) və ya Slids (Слайды-Slaydlar)
qoşmaları üzərinə gətirib sol düyməni sıxmaq kifayətdir.
Yaradılacaq hər slaydın özünə uyğun adı və başlığı olmalıdır.
Əgər istifadəçi mausun oxunu iş sahəsinin mərkəzinə
gətirib sağ düyməni
sıxarsa, bu zaman iş masasına kontekst (dinamik) menyu açılacaqdır. Açılmış
kontekst menyuda əsas menyunun təkrarlanan bəzi əmrləri və alətlər panelinin
düymələri əks olunur. Bununla yanaşı istifadəçi
kontekst menyunu Outline
(Структура-Quruluş) və Slids (Слайды-Slaydlar) qoşmalarından istifadə etməklə
də iş masasına aça bilər. Göstərilən hər iki vəziyyət
yerinə yetirilən cari iş
rejimindən asılıdır.
İstifadəçi təqdimatı əl ilə, həmçinin proqramın tərtibatçıları tərəfindən
təqdim olunan ülgülər vasitəsi ilə yarad bilər.
Dərslikdə hər iki üsul müəyyən nümunələr ilə aydınlaşdırılır.
Dostları ilə paylaş: