İ N F O R M A T İ K A
____________________________________________________________
308
Şəkil 103. Shape Fill (Заливка фигуры-Fiqurun Rəng Dolumu) əmrinin seçilməsi
ilə iş masasına açılmış
dialoq pəncərəsi
İstifadəçi istənilən obyekti: şəkilləri, diaqramları, yazıları, səsləri, faylları və
s. hazırladığı slaydlarda yerləşdirmək istəsə, İnsert (Вставка-Daxil Et)
qoşmasındakı uyğun alətlərdən istifadə edə bilər (şəkil 104.).
Şəkil 104 . İnsert (Вставка-Daxil Et) qoşmasına daxil olan alətlər dəsti
İ N F O R M A T İ K A
____________________________________________________________ 309
İş sahəsinin aşağı
hissəsində, xüsusi məqsədli sahə yerləşir ki, istifadəçi
həmin sahədən istifadə etməklə lazım olduqda hazırladığı
hər bir təqdimata
kommentariya (izahat) verə bilər. Susma prinsipinə görə həmin sahədə Clickn
add notes (Заметки к слайду-Slayd haqqında qeydlər) paneli əks olunur (şəkil
105.).
Şəkil 105. View (Вид-Görünüş) qoşması, Presentation Views (Режимы просмотра
презентации-Təqdimata Baxış Rejimi) paneli, Slide Show (Показ слайдов-
Slaydların nümayişi)
düyməsi
İstifadəçi View (Вид - Görünüş) qoşmasındakı Presentation Views (Режимы
просмотра презентации - Təqdimata Baxış Rejimi) panelindəki Slide Show
(Показ слайдов - Slaydların nümayişi) düyməsini sıxmaqla hazırladığı slaydlara
ekran boyu baxış keçirə bilər (şəkil 105.). Slaydlara baxışı dayandıqmaq üçün
[Esc] düyməsini sıxmaq kifayətdir.
İstifadə edilən MS Windows əməliyyat sistemlərində hazırlanmış
sənədləri
(materialları) ayrıca bir fayl kimi yaddaşda saxlamaq məsləhət görülür. Microsoft
PowerPoint proqramı ilə işləyən zaman burada da hazırlanmış slaydları və ya
slaydı fayl şəkilində yaddaşda saxlamaq lazımdır. Bu məqsədlə ya Button “Office”
(Кнопка “Office” – “Office” Düymələri) menyusundakı Save (Сохранить-Yaddaşa
Yaz) əmrini yerinə yetirməli və yaxud da klaviatura üzərindəki [Ctrl+S]
düymələrini sıxmaq kifayətdir. Microsoft Office 2010 paketinin digər
proqramlarında olduğu kimi Microsoft PowerPoint proqramında da hazırlanmış
sənədi yaddaşda saxlamaq
üçün onun saxlanma yolunu, adını və tipini
müəyyənləşdirmək müqləq lazımdır.
Əgər istifadəçi aşağıda göstərilən fayl tiplərindən birini seçərsə (şəkil 106.),
onda hazırlanmış cari təqdimat aşağıda göstərilən hallardan birinə uyğun olaraq
yaddaşa yazılacaq (bunun üçün iş masasına açıılmış dialoq pəncərəsində Save as
type (Тип файла – Faylın tipi) qutusunun sağ tərəfindəki aşağıya istiqamətlənmiş
ox düyməsini sıxmaq lazımdır):