İ N F O R M A T İ K A
____________________________________________________________
312
Şəkil 107. Təqdimat üçün ülgünün seçilməsi
Dialoq pəncərəsinin sol tərəfində mausun köməkliyi ilə İnstalled Templates
(Установленные шаблоны - Quraşdırılmış ülgülər) kateqoriyasını seçin. İş
masasına seçimə uyğun İnstalled Templates (Установленные шаблоны -
Quraşdırılmış ülgülər) sahəsində çoxlu sayda ülgülər
olan dialoq pəncərəsi
açılacaqdır (şəkil 108.).
Şəkil 108. Çoxlu sayda ülgülər təklif olunan İnstalled Templates (Установленные
шаблоны-Quraşdırılmış ülgülər) sahəsi
İ N F O R M A T İ K A
____________________________________________________________ 313
Sonrakı mərhələdə dialoq pəncərəsinin sağ tərəfində yerləşən sürüşdürmə
panelinin köməyi ilə dialoq pəncərəsinin aşağı/mərkəzi
hissəsində yerləşən
Widescreen Presentation (Широкоэкранная презентация - Genişekranlı
təqdimat) ülgüsünü qeyd edin. Əmr yerinə yetirilən kimi dialoq pəncərəsinin sağ
tərəfində Widescreen Presentation (Широкоэкранная презентация -
Genişekranlı təqdimat) adlı ülgü istifadəçiyə tədim ediləcək.
Beləliklə, ekranda ülgünün birinci slaydı görünəcək (şəkil 109.).
Şəkil 109. Ülgünün birinci slaydı
Dialoq pəncərəsinin sağ/aşağı tərəfindəki Create (Создать - Yaratmaq)
düyməsini sıxın. Ekranda istifadəçinin yaratdığı (hazırladığı)
ülgü tam şəkildə
görünəcəkdir (şəkil 110.).