İ N F O R M A T İ K A
____________________________________________________________ 319
Şəkil 117. Seçilmiş mövzu üslubuna uyğun nümayiş olunan slayd (və ya slaydlar)
Əgər istifadəçi mausun oxunu mövzuların istənilən birinin nişanı
üzərinə
gətirib sağ düyməni sıxarsa, ekrana kontekst menyu açılacaq (şəkil 118.).
Şəkil 118. Ekrana açılmış kontekst menyu
Kontekst menyu aşağıda verilən əmrlərdən ibarətdir:
Apply to All Slides (Применить ко всем
слaйдам - Bütün slaydlara
tətbiq et
)– əmr yerinə yetirildikdə mövzu təqdimatın bütün slaydlarına
tətbiq olunacaqdır. Mövzuların seçilmə rejimi
susma prinsipinə görə
həyata
keçirilir;
Apply to Selected Slides (Применить к выделенным слайдам - Seçilmiş
slayda tətbiq et)
- əmr yerinə yetirildikdə mövzu ya cari slayda, ya da ki,
əvvəlcədən seçilmiş bir neçə slayda tətbiq olunacaqdır. Bir neçə slaydı
seçməkdən ötrü (Слайды - Slaydlar) qoşmasının
sol tərəfindəki
interfeysi açın və seçilmiş slaydı qeyd edin (bu zaman [Ctrl]
düyməsi
sıxılmış vəziyyətdə olmalıdır);