İ N F O R M A T İ K A
____________________________________________________________ 315
Şəkil 111. Təqdimat üçün ülgünün seçilməsi
Təqdimata hazırlanacaq ikinci slaydı yaradaq və ona “Müəlliflər haqqında
qısa məlumat” adını verək və slaydda aşağıdakı informasiyanı yerləşdirək:
Müəllif – “İnformatika” kafedrasının müəllimi
Əlizadə Mətləb;
Müəllifin 45-dən çox dərslik və dərs vəsaiti çap olunmuşdur.
Beləliklə, hazırlanmış slayd şəkil 112-də göstərilən kimi olacaqdır.
Şəkil 112. Təqdimatın ikinci slaydı
İndi isə istifadəçi üçüncü slaydın hazırlanmasına başlaya bilər.
Bu slaydda
müəllifin işlədiyi kafedranın nəaliyyətləri haqqında informasiya əks olunacaq.