İ N F O R M A T İ K A
____________________________________________________________ 323
FƏSİL XIV. VERİLƏNLƏR BAZASI
İnformasiyanın qorunub-saxlanılması kompüterlərin ənənəvi xidmət
növlərindən biridir. İnformasiyanın kompüterlərdə qorunub-saxlanılması üçün
verilənlər bazasından geniş istifadə olunur.
Verilənlər bazası kompüterdə xüsusi formatlı
fayllarda saxlanan
informasiyadır.
QEYD
: Verilənlər bazası texnologiyasının yaranması və inkişafı həm geniş
aspektdə,
ham də ki, məhdud aspektdə baxıla bilər. Geniş mənada baxışda
verilənlər bazası texnologiyası bəşəriyyətin verilənləri təhlil etməsi və saxlaması
üçün istifadə etdiyi ləvazımatların yaranması tarixinə qədərki dövrü əhatə edir.
Buna misal olaraq qədim Şumerdə vergilərin və çar xəzinəsinin hesablanmasını
göstərmək olar (bizim eradan əvvəl 4000 - ci il). Qeyd etmək lazımdır kı, belə
yanaşmanın çatışmazlığı “verilənlər bazası” anlayışının “yuyulması” və faktiki
olaraq “arxiv” anlayışı ilə qarışmasıdır.
Verilənlər bazası termini (ingiliscə database) 1960-cı illərdə yaranmışdır və
1964-1965-ci illərdə SDC (System Development Corporation)
firmasi tərəfindən
keçirilən simpoziumda istifadə olunmuşdur. Terminin geniş şəkildə istifadəsi
1970-ci illərə təsadüf edir.
Verilənlər bazası bir-biri ilə qarşılıqlı əlaqələndirilmiş, eyni prinsiplərlə təsvir
olunan,
saxlanan və idarə olunan, müxtəlif istifadəçilər tərəfindən müxtəlif
məqsədlər üçün istifadə olunan strukturlaşdırılmış verilənlər toplusudur.
Verilənlər
adətən fayllarda (cədvəllərdə) saxlanılır. Verilənlər bazası konsepsiyasının əsas
prinsipləri aşağıdakılardır:
1.
Saxlanan verilənlərdə təkrarlanmaların aradan qaldırılması
. Eyni verilənlər
bir neçə faylda aşkar edildikdə həmin verilənlər
bir faylda saxlanmaqla, digər
fayllardan çıxarılır və fayllar arasında əlaqələr yaratmaqla onlara müraciət təmin
olunur;
2.
Verilənlərin mərkəzləşdirilmiş idarə olunması
. Faylların fərdi emalından
fərqli olaraq, mərkəzləşdirilmiş idarə olunma verilənlərin
bazaya daxil edilməsi,
dəyişdirilməsi, silinməsi və axtarışı əməliyyatlarının verilənlər bazası daxilində eyni
üsul və vasitələrlə (proqramlarla) aparılmasını nəzərdə tutur;
3.
Verilənlərin
müstəqilliyi
. Verilənlərin tətbiqi proqramlardan və ya əksinə,
tətbiqi proqramların verilənlərdən asılı olmaması çox vacib məsələdir. Verilənlər
bazasında bu məsələ verilənlərin çoxsəviyyəli müstəqil təsviri və bu təsvirlərin
yaradılma mexanizmlərinin müstəqilliyi ilə əldə edilir. Nəticədə verilənlərin məntiqi
və fiziki səviyyələrdə dəyişdirilməsinin tətbiqi proqramlara təsiri aradan qaldırılır;