İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə27/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   23   24   25   26   27   28   29   30   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

iqtisadi informasiya
dır. 
İqtisadi informasiya xalq təsərrüfatının bütün səviyyələrində idarəetmə 
obyektlərinin (bütövlükdə xalq təsərrüfatı, sahələr, müəssisə və təşkilatlar, 
firmalar, şirkətlər, ayrı-ayrı sexlər və s.) istehsal və təsərrüfat, həmçinin maliyyə 
fəaliyyətinin vəziyyətini əks etdirir və ya onun gələcəkdə necə olacağını göstərir. 
İqtisadi informasiya yalnız maddi istehsal sferasında deyil, həm də qeyri-istehsal, 
dövlət idarə orqanları və digər ictimai təşkilatların fəaliyyətində də dövr edir və 
istifadə olunur. 
İqtisadi informasiya iqtisadi prosesləri səciyyələndirir. İqtisadi informasiya 
iqtisadi sistemlərdə dövran etməklə, onların fəaliyyətini təmin edən, daxili və 
xarici təsirlər kompleksinin universal ifadəsidir. İqtisadi informasiya bir sıra 
hallarda idarəetmə informasiyası ilə eyniləşdirilir. Lakin bu düzgün hesab edilə 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 25 
bilməz. İdarəetmə informasiyası öz tərkibinə görə zəngindir və ona sosial, texniki, 
hüquqi və digər informasiya növləri də aiddir. 
Bununla belə, iqtisadi informasiya maddi istehsal sferasında istehsalın idarə 
edilməsi amili kimi istifadə olunur. 
İqtisadi informasiyanın əsas xassələri aşağıdakılardan ibarətdir: 

iqtisadi informasiya iqtisadi-təsərrüfat fəaliyyətini natural və dəyər 
göstəriciləri ilə əks etdirir

iqtisadi informasiyanın əsas kütləsi diskretdir, başqa sözlə fasilələrlə qəbul 
edilir və işlədilir; 

müxtəlif maddi daşıyıcılarda (məsələn, sənədlərdə, perfokatlarda, maqnit 
daşıyıcılarında, lazer disklərində, fləşlərdə və s.) əks oluna bilər; 

iqtisadi informasiya sonlu nəticələr şəklində ifadə olunur; 

iqtisadi informasiya əsasən xətti şəkildə ifadə olunur və sənədlərin 
yazılışında adətən sətirlər və ya sütunlardan ibarət cədvəllərdən istifadə 
edilir; 

iqtisadi informasiya çox böyük həcmə malikdir. İqtisadi proseslərin baş 
vermə məkanı genişləndikcə iqtisadi informasiyanın artım tempi bu 
genişlənməni həmişə qabaqlayır, əksər hallarda isə çox böyük həddə baş 
verir; 

iqtisadi informasiya kütləvi və təkrarlanandır. Bu xassə iqtisadi sistemin 
dinamikliyi və mürəkkəbliyindən, dövri baş verən proseslərin 
mövcudluğundan irəli gəlir; 

iqtisadi informasiyanın xeyli hissəsi bilavasitə işlənilir və sadəcə olaraq bir 
sənəddən digərinə köçürülür; 

iqtisadi informasiyanın tərkibindəki nisbi sabit informasiyanın xüsusi çəkisi 
yüksək olur; 

iqtisadi informasiyada qruplaşdırma əlamətləri çoxsaylıdır;

iqtisadi informasiya adətən uzun müddət ərzində saxlanır; 

iqtisadi informasiyada sabit informasiyanın xüsusi çəkisi yüksəkdir, insanın 
dərk edə biləcəyi formada sənədləşdirilir, işlənəcək ilk məlumatların həcmi 
çox olur və s.

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin