İ N F O R M A T İ K A
____________________________________________________________
26
cümlələr
və digər sintaksis quruluşlar, riyaziyyatda isə rəqəmlərdən ədədlər
yaranması öyrənilirsə və s., iqtisadi informasiya nəzəriyyəsində informasiyanın
quruluşca əmələ gəlməsi və dəyişməsi öyrənilir.
İnformasiyanın quruluş elementlərinə ayrılması zamanı bir çox hallarda
iyerarxik prinsipə üstünlük verilir. Hər hansı idarəetmə obyektinin (müəssisə,
firma, şirkət, sahə, region və i.a.) ən yüksək
informasiya quruluş vahidi
informasiya sistemi sayılır.
İqtisadi sistemlərdə idarəetmə obyektlərinin fəaliyyətinin bütün cəhətləri,
orada baş verən əməliyyatlar, proseslər öz əksini
bütünlükdə informasiya
sistemində tapır. İnformasiya sistemi öz növbəsində daha aşağı səviyyəli quruluş
vahidlərinə ayrılır.
İnformasiyanın quruluşu dedikdə onun ayrı-ayrı elementlərə (hissələrə)
bölünməsi nəzərdə tutulur. Bu elementlər informasiya vahidləri adlanır. Onlar
sadə və mürəkkəb olur. Sadə informasiya vahidlərini hissələrə ayırmaq olmur.
Lakin mürəkkəb informasiya vahidləri bir neçə sadə və ya mürəkkəb informasiya
vahidlərinin birləşməsi nəticəsində yaranır.
İqtisadi informasiyanın quruluşu iki prinsip üzrə yaradıla bilər: çoxsəviyyəli
(iyerarxik) və birsəviyyəli. İqtisadi informasiyanın quruluşunda
iyerarxik səviyyə
üstünlük təşkil edir. Burada ən aşağı səviyyəli informasiya vahidi rekvizitlərdir.
Rekvizit sadə və bölünməyən informasiya vahidinə deyilir. Rekvizitlər sözlərdən və
ya ədədlərdən ibarət olur.
Rekvizitlər obyektdə baş verən hadisələri kəmiyyət və ya keyfiyyət cəhətdən
xarakterizə edir. Obyektin vəziyyətini keyfiyyət cəhətdən xarakterizə edən
rekvizitlər
əlamət rekvizitləri, kəmiyyətcə xarakterizə edən rekvizitlər isə əsas
rekvizitlər adlanır.
Əlamət rekvizitləri bir qayda olaraq sözlərdən, söz birləşmələrindən və onları
əvəz edən, lakin mətnin mahiyyətini dəyişməyən rəqəm kodlarından ibarət olur.
Əlamət rekvizitlərinə
misal olaraq müəssisə, təşkilat, firma və şirkətlərin adını,
vergilərin növünü və s. göstərmək olar. Əsas rekvizitlər yalnız konkret ədədlər
şəklində ifadə olunur. Məsələn,
miqdar cinsi ölçü vahidlərində, dəyər manat və
qəpiklə, əmək tutumu isə norma-saatla ifadə edilir.
Rekvizitlər, qeyd olunduğu kimi mahiyyəti təsvir edən xassələr olub,
aşağıdakı əlamətlər üzrə təsnifləşdirilə bilər:
xassələrə görə: əsas və əlamət;
əhəmiyyətə görə: zəruri və qeyri-zəruri;
stabilliyə görə: daimi
və dəyişkən;
indikasiyaya (təsvirə) görə: rəqəm və hərf-rəqəm;
texnoloji prosesdə təyinatına görə: xüsusi, arayışı və qruplaşdırıcı.
Ən yüksək səviyyəli informasiya quruluş vahidi olan informasiya sistemi ilə
ən aşağı səviyyəli quruluş vahidləri olan rekvizitlər arasında digər informasiya
quruluş elementləri mövcuddur. Həmin quruluş vahidlərinə göstəriciləri, xəbərləri,
massivləri aid etmək olar.