İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə272/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   268   269   270   271   272   273   274   275   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
382 
Veb səhifələrində hiperistinad mətnlərindən başqa digər formalarda da 
(qrafik, səs, video və multiplikasiya) informasiya təqdim olunur. Bu 
hipermediya
adlanır. Hipermediya qlobal İnternet şəbəkəsində məlumatın işlənməsini və 
təqdimini həyata keçirən texnologiya hesab edilir. Bu məqsədlə HTML dilinin 
imkanlarını artırmaq lazımdır. 
Hipersənədlərin ötürülməsi üçün HTTP (HyperText Trasnfer Protocol – 
Hipermətn Ötürülmə Protokolu) adlanan protokol işlənib hazırlanmışdır. 
Veb-serverə müraciət edərək istənilən səhifəni tapmaq və onu ekrana 
çıxarmaq mümkündür. Lazım olan informasiyanı İnternetdən almaq üçün ən sadə 
üsul axtarılan resursun ünvanını göstərməkdir. İnformasiyanı İnternetdə 
saxlamaq üçün URL (Uniform Recource Locator - Universal ünvanlar)ından 
istifadə edilir. URL ünvanı iki hissədən ibarətdir: sol hissə istifadə olunan 
protokolu göstərir, sağ hissə isə şəbəkənin (uyğun serverin adı) hansı yerindən 
resursların verildiyini bildirir. Bu hissələr bir-birindən iki nöqtə ilə ayrılır: 
 
http://serverin adı/yol/fayl 
Ünvanların sol tərəfindəki http:// yazılışı WWW-də http://WWW müraciəti 
göstərir. Bu Hyper Text Transfer Protocol - hipermətn ötürmə protokolu kimi 
oxunur. 
İnternetdə axtarış
. Veb–sənəd tərkibində mətn, digər sənədlərə
qrafiklərə, audio və video təsvirlərə hiperistinad olan sənədi özündə əks etdirir. 
Hiperistinad üzərində mausun düyməsini sıxdıqda, ünvanı göstərilən sənədə və ya 
audio/video təsvirlərə keçid yerinə yetirilir. 
Axtarış sistemləri
vasitəsi ilə İnternetdə istifadəçiyə lazım olan 
informasiyanı əldə etmək olar. İnternetdə işləməyin əsasını istifadəçinin 
kompüterini İnternet serverlərinə qoşmaq, məlumatı axtarmaq və tapılan 
məlumatı kompüterdə oxumaq təşkil edir. İnternetdə işi asanlaşdırmaq üçün 
xüsusi axtarış serverləri yaradılır. 
İnternet serverlərdə, saytlarda yerləşən məlumatlar haqqında verilənlər 
bazası toplanır. Bu proqramlar axtarış sistemləri (Yandex, Rambler, Google, 
AltaVista, Toema, WiseNut, Euroseek, Yahoo və s.) adlanır. İstifadəçi İnternetin 
bir sıra axtarış proqramlarından (axtarış serveri, axtarış sistemləri) istifadə edə 
bilər. Belə sistemlər müntəzəm olaraq işləyirlər. Xüsusi proqramların köməyi ilə 
Veb serverlər şəbəkədə məzmunla bağlı məlumatlar toplayır. 
Aşağıda populyar axtarış serverlərin bəzilərinin ünvanları verilir: 
● http://www.rambler.ru 
● http://www.yahoo.com 
● http://www.excite.com 
● 
http://www.google.com
 
İstifadəçi İnternetdə hər hansı bir informasiyanı axtarırsa, axtarış 
sistemlərinə açar sözləri daxil etməlidir. Axtarış bir sözə, bir neçə sözə və ya 
ifadəyə uyğun icra olunur.



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   268   269   270   271   272   273   274   275   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin