İ N F O R M A T İ K A ____________________________________________________________ 385
QEYD : Orta əsr rahibləri latın dilində olan “ad” önluyünü qısa şəkildə
yazmaq üçün @ işarəsini icad edirlər (müasir ingilis dilində “at” önlüyü “hara”,
“doğru”, “hara yanaşma” anlamını verir). İşarə haqqında sonralar, XV əsr
əlyazmalarında ispan tacirlərinin tərəzi və ya qapanlarda aparılmış ölçüləri –
“arroba” - qısa şəkildə şəhr etməkdən ötrü @ işarəsindən istifadə etdikləri barədə
xatırlamalar vardır (arroba təxminən 11,52 kiloqrama və ya 25,40 funta bərabər
ölçüdür). Kapitalizm dövründə işarə yeni tətbiq sahəsi tapır. Ondan hesablama
işlərində qiyməti göstərmək üçün istifadə olunur. Bu ərəfədə bütün sahələrdə
geniş istifadə edilən çap makinalarında @ işarəsi ilə yanaşı digər işarələrdə - #,
$, % özünə tutarlı səviyyədə yer tutur. 1960-cı illərin axırlarında BBN Technology
şirkətində işləyən Rey Tomlinson ABŞ Müdafiə Nazirliyinin sifarişi ilə hazırlanacaq
ARPANET şəbəkəsinin yaradılmasında fəal iştirak edir və 1971-ci ildə ARPANET
şəbəkələrində bir-birindən uzaq məsafələrdə yerləşən kompüterlər arasında əlaqə
yaratmaq üçün elektron poçtundan
istifadə etməyi təklif edir. Şəbəkədə
istifadə olunan “ad-işarə-yer” universal
alqoritmini
tamamlamaq
üçün
R.Tomlinson “@” işarəsini təklif edir.
Buna
əsas
səbəb
işarənin
çap
makinasının klaviaturasında təsadüfü
istifadə edilməsi idi.
İşarənin “sobaçka” adlandırılması da
çox dolaşıq hadisədir. Müxtəlif mənbələr
hesab edirlər ki, ancaq ruslar işarəni belə
adlandırırlar.
Digər xalqların dilində işarə müxtəlif
çür: məsələn, koreyalılar “ilbiz”, finlər
“yatmış
pişik
balası”,
macarlar
“soxulcan”, çinlilər “balaca sican”,
isveçlər
“darçınlı
bulka”
və
s.
adlandırırlar.
Rey Tomlinson
İstənilən E-mail sistemi iki əsas altsistemdən: istifadəçinin bilavasitə
ünsiyyətdə olduğu proqram təminatı (client) və istifadəçidən informasiyanı qəbul
edən, məlumat ötürən, adresantın e-poçtda həmin məlumatı tələb edilənə qədər
saxlayan proqram təminatından (server) ibarətdir. Server proqram təminatı
məlumatların ötürülməsində standart proqramlardan istifadə etdiyi üçün müxtəlif
client proqramlar tərəfindən hazırlanmış poçtu (məlumatı) işləyə və ünvana
göndərə bilər. Client proqramlar müxtəlifliyindən asılı olmayaraq eyni funksiyalara
malikdirlər. Elektron poçtunun aşağıda göstərilən variantlarından istifadə edilir:
Adi məktublaşma. Burada e-mail insanlar arasında məlumatların və
faylların mübadiləsini təmin etmək üçün istifadə edilir;